Aykido nədir ?

合気道

Aykido Morihey Ueşiba (Morihei Ueshiba) tərəfindən yaradılan müasir döyüş sənətidir. Morihey Ueşibanın ölümündən sonra onun oğlu Kishomaru Ueşiba (Kisshomaru Ueshiba) Aykido doşu elan olundu. Hazırda,onun yolunu Moriteru Ueşiba davam etdirir. Aykikay Fondu Aykidonun banisinin qoyub getdiyi irsə dəstək, bu sənət vasitəsilə bədəni və şüuru inkişaf etdirmək və onun inkişafına yardım  məqsədilə yaradılmış bir qurumdur. Bu gün Aykido dünyanın 130 ölkəsində yayılıb. İlk Aykikay Aykido Klubu 1931-ci ildə tikilib. Doşunun rəhbərliyi altında Şihan və Şidoinlər öz səylərini birləşdirərək  Aykidonun vahid mərkəzdə inkişafı üzrə öhdəlik götürdülər.

Hombu Doco

AIKIKAI1931-ci ildə Aykidonun banisi xüsusi Aykido Doco-su tikdirdi. Bu, 80 tatami döşəyi uzunluğunda, təqribən 120 kvadrat metrlik taxtadan bir tikili idi. Kobukan adlandırılan bu klub, hazırki Vakamatsu-Ço,Tsinjukuda yerləşir. 1967-ci ildə taxta klub müasir tipli tikili ilə əvəz olundu. 1973-cü ildə klub binası daha da müasirləşdirildi. 3 mərtəbəli binaya daha iki mərtəbə əlavə olundu. Bu gün 130 ölkədə Aykido məktəbləri fəaliyyət göstərir. Doşu Moriteru Ueşibanın rəhbərliyi altında təlimatçılar bütün dünyada inkişaf etməkdə olan Aykidonun ruhunu yaşatmağa davam edirlər.