Doşunun Məsajı


合気会道主 植芝 守央Təsisçi Morihey Ueşiba intensiv döyüş sənəti təlimi və bu barədə fikirlərin inkişafı nəticəsində Aykidonu yaratdı. 2-ci Doşu Kişşomaru Ueşiba özünü Aykidonun inkişafına və bu sahənin qapılarını dünyaya açmağa həsr edib. Hazırki Hombu Doco 1931-ci ildə yaradılıb və yaradılmasından 82 il ötür.. Aykido Şimali, Mərkəzi və Cənubi Amerika, Qərbi və Şərqi Avropa və Cənub Şərqi Asiya daxil olmaqla  130 ölkəyə yayılıb. 2012-ci ildə Aykikay Fondu İctimai Maraq Təsisatı olaraq yeni bir mərhələyə qədəm qoydu. Müxtəlif döyüş sənətlərində döyüş bacarıqlarının yalnız qalibiyyət naminə inkişafına qarşı olan  təsisçi Morihey Ueşiba, “banyu-aigo”- yəni “təbiətdə hər şeyə sevgi”yə aparan bir yol olan Aykidonu yaratdı. O, deyirdi ki, qarşındakı insanla harmoniya yaratmaq, gücün əsirinə çevirilib qalib gəlməkdən daha vacibdir.Təlimin əsas məqsədi “döyüş bacarıqları”dan “harmoniya”ya keçidi təmin etməkdir. Sevgi –  Bacarıqlarımızı biri-birimizə öyrətmək üçün “En No Uqoki” – dairəvi hərəkət, “İrimi”- giriş, “DoCuSei” – təşviş zamanı sakitlik və “Chuşin” – sabit mərkəzə əsaslanan “Ki” – həyat enerjisidir. Bu idmanda heç bir münaqişə yoxdur. Aykido – “mütləq özünü tamamlama”ya aparan  yoldur. Morihey Ueşiba tərəfindən yaradılan Aykido texnikası və onun fəlsəfi prinsiplərinin mükəmməlliyi, heç şübhəsiz ki, geniş miqyasda tanınıb. Aykido banisinin atası Yoroku Ueşibanın böyük dəstəyi, Aykidonu özlərindən sonrakı nəsillərə düzgün şəkildə ötürən əcdadların öncə görmələri, Kişşomaru Ueşiban 2-ci Doşu,  Morihey Ueşibanın qoyduğu qaydaları əsasında  Aykidonun daha da inkişafı istiqamətində etdikləri hazırki uğura nail olmaq baxımından mühüm əhəmiyyət kəsb edib. Mənə gəlincə, mən bir çox insanların dəstəyi ilə onların yolu  ilə getmişəm.  Məhz bütün bunlara görə, bu gün daha geniş və daha mükəmməl Aykido çevrəsi var. Aykidonun daha böyük kütlə tərəfindən dəyərləndirilməsi üçün ölkə, irq və din sərhədlərini aradan götürməklə  harmoniyanın ruhunu yaşatmaq üçün mübarizəmə davam edəcəm. Bundan başqa, ümid edirəm ki, Aykido vasitəsilə cəmiyyətə mümkün qədər çox töhfə verə biləcəyəm.

Aprel, 2015

Moriteru Ueşiba Doşu