İlham Quliyev
5 Dan – Şidoin

Elnur Nemətov
4 Dan – Şidoin

TədrİS KOMİTƏSİ

Qeyd: Tədris Komitəsində 4 dan və yuxarı dərəcə sahibləri tədris heyətinə alına bilərlər. Heyət üzvləri ölkədə yaşamalıdırlar və birliyin klublarının yüksək dan dərəcə sahibləri olmalıdırlar. 

Arzu Mikayılov
4 Dan – Şidoin

Anar Gənciyev
4 Dan – Şidoin

Tədris Komitəsinin Vəzifəsi

Aykido döyüş sənətini respublikada inkişaf etdirmək. Təlimatçıların, məşqçilərin və tələbələrin hazırlığına və ustalıqlarının artırılmasına şərait yaratmaq. Təlimatçıların, məşqçilərin, tələbələrin və həvəskarların əxlaqi tərbiyələndirilməsi. Dərslərin, seminarların və imtahanların təşkili və təkmilləşdirilməsi. İdman və başqa tədris ocaqlarında dərslərin və kursların aparılmasının təşkili. Yerli və xarici təşkilatlarla əməkdaşlığın inkişafı. Xarici ölkələrin nümayəndələri ilə festivalların, beynəlxalq seminarların, sərgilərin və dostluq görüşlərinin keçirilməsi və təşkili. Tələbələrin, təlimatçıların, məşqçilərin, filialların, struktur bölmələrin mütəxəssislərinin hüquqlarının qorunması. Məşqlərin düzgün aparılmasına nəzarət. Respublikada keçirilən seminarların (respublika, regional, beynəlxalq, instruktor və s.) və attestasiyaların keçirilməsi ilə bağlı təqvim planının təsdiqi və həmin mərasimlərin təşkili.