Ümumi Yığıncağın Heyəti

Təsisçilər, İdarə heyəti, İcra heyəti, Hüquqi Şöbə heyəti, Fond heyəti, Qərargah və Filial idarə heyəti, Akademiya və Klubların (İctimai Birliklərin) idarə heyəti, Nəzarət Təftiş Komissiyası, Nizam İntizam Komissiyası, Tədris komitəsi və İmtahan Komissiyası heyəti, Jurnal nəşriyyatı heyəti və birliyin digər üzvlərindən olan heyətdir.

Birliyin ali orqanı ildə bir dəfədən az olmayaraq çağrılan Ümumi Yığıncaqdır. Ümumi Yığıncaq Birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə cağrılır.

Quruluş
Birliyin İdarə Etmə Mərkəzi

Aykikay Aykido Klubları İctimai Birliyi Azərbaycan ərazisində AYKİKAY (Beynəlxalq Aykido Federasiyası) tərəfindən tanınan yeganə aykido təşkilatıdır. Aykikay Aykido Klubları İctimai Birliyinin əsas işi ümum təşkilatların hüquqi və maliyyə işlərinin təşkili, nəzarəti və idarə olunması, habelə vaxtlı vaxtında qanunvericiliyə müvafiq qaydada dövlət orqanlarına hesabatların verilməsi ilə məşğul olur. Birliyinin nəzdində fəaliyyətin məqsədə uyğun şəkildə idarə olunması üçün Azərbaycan Aykikay Aykido Fondu təsis edilmişdir. Fondun təsis olunmasında məqsəd, Azərbaycan Aykikay Aykido Komandasına mənəvi və maddi dəstək verilməsinin təşkili ilə məşğul olmaq və AYKİKAY (Beynəlxalq Aykido Federasiyası) tədbirləri, seminarları, nümunəvi cıxışları, kyu və dan dərəcələri imtahanında ölkəmizi layiqincə təmsil etməkdən ibarətdir. Bununla yanaşı birliyin nəzdində Aykikay Fondu Azərbaycan Aykido Qərargahı və Aykikay Aykido Akademiyası təşkil olunmuşdur. Aykikay Fondu Azərbaycan Aykido Qərargahı, ölkə ərazisində və birliyin nəzdində fəaliyyətdə olan Aykikay yönümlü kublar və s. birgə əməkdaşlığının təşkili ilə məşğul olur və rəhbərlik edir.  Aykikay Aykido Akademiyasının təşkil olunmasında əsas məqsəd, Azərbaycan Aykikay Aykido Klubları komandasının AYKİKAY (Beynəlxalq Aykido Federasiyası) beynəlxalq aykido tələblərinə uyğun maariflənməsi üçün nəzərdə tutulmuşdur.

A
Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyi
Image
Azərbaycan Aykikay Aykido Fondu
PowerPoint Presentation
Aykikay Birliyi Azərbaycan Aykido Qərargahı
PowerPoint Presentation
Azərbaycan Aykikay Aykido Akademiyası
PowerPoint Presentation
Aykikay Aykido Psixologiyası İctimai Birliyi
Birliyin klublarına dəstək verən təşkilatlar

Aykikay Aykido Psixologiyası İctimai Birliyinın təşkil olunmasında əsas məqsəd, Azərbaycan Aykikay Aykido Klubları komandasının aykido psixologiyası əsasında maariflənməsi üçün nəzərdə tutulmuşdur.

Aykikay Aykido Azrbaycan Jurnalı

Azərbaycan Respublikası ərazisində Aykikay Aykido döyüş növünün təbliğatı və aykidoçularn maariflndirilməsi üzrə rüblük jurnalımız 14 may 2019 cu il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. 

Klublar və İdman Mərkəzləri

Bununla yanaşı, Aykikay Aykido Klubları İctimai Birliyin nəzdində qurulan baş klub olan Hombu Doco Azərbaycan, 3 aykido klubları, Aykikay Aykido döyüş növünə dəstək olan Yapon milli döyüş sənətləri Kendo və İaydo klubu və 2 idman mərkəzi fəaliyyət göstərməkdədir. Birliyin əsas məqsədi Aykikay Aykido döyüş növünün Aykikay Fondu Dünya Aykido Qərargahı qaydalarına və nizamnaməsinin təlimatına uyğun olaraq, Aykido döyüş sənətinin təlimi üçün təsisçisi Morihey Ueşiba tərəfindən qoyulmuş prinsiplərə əsasən ölkə vətədnaşlarına doğru təbliğat edilməsi və öyrədilməsinə yönəldilmişdir.

PowerPoint Presentation
"Hombu Doco Azərbaycan" Aykikay Aykido Klubu
katana
Katana Aykido İdman Klubu İctimai Birliyi
sds 3
Sərbəst Döyüş İdman Klubu İctimai Birliyi
Shinjutsu
Şinjutsu Aykido İdman Klubu İctimai Birliyi
"Kendo & İaido" Yaponiya Mədəniyyəti İctimai Birliyi
idman zalı
Hombu Doco Azərbaycan Mərkəzi İdman Kompleksi

Hombu dojo bütün docoların nizamlı idarə olunması üçün yaradılmışdır və Azərbaycanın “Aykikay Aykido Klubları” İctimai Birliyinin inkişafına və davamlı fəaliyyətinə dəstək verir.

PowerPoint Presentation
Hombu Doco Azərbaycan Filial İdman Kompleksi

Azərbaycan “Aykikay Aykido Klubları” İctimai Birliyi Filialı “Baku MAKS” İdman Kompleksinin fəaliyyətində əsas məqsəd, Birliyin Qərargahı (ofisi) və Baş Klubu “Hombu Doco Azərbaycan” nın inkişafı üçün yaradılmışdır.