İmtahan Komissiyası Heyəti

İlham Quliyev

Sədr

Arzu Mikayılov

İmtahançı

Emin Nuriyev

İmtahançı

Anar Gənciyev

İmtahançı

Fəxri Qafarlı

İmtahançı

İmtahan Qəbulu Qaydaları

İmtahana buraxılma şərtləri

“Aykikay Aykido Klubları” ictimai birliyində imtahan yalnız birliyin üzvləri üçün aparılır.

İmtahana ərizə verilməzdən əvvəl, namizəd imtahana qəbul üçün tələblərə cavab verdiyinə əmin olmalıdır. Qəbul şərtləri minimum olaraq göstərilmişdir.

Ərizəçi imtahana iştirak üçün buraxıla bilər, əgər o:

  • Təqvim ilinə üzrə müntəzəm olaraq həftədə ən azı 3 dəfə “Aykikay Aykido Klubları” ictimai birliyinin klublarının birində məşğul olur;
  • Müraciət ərizəsi verildiyi zaman “Aykikay Aykido Klubları” ictimai birliyinin klublarında inəzərdə tutulan dərəcə üzrə dərs təcrübəsi və illik üzvlük gecikdirilməsinin olmaması gərəkir;
  • Məşğul olduğu qrupun təlimatçısı tərəfindən imtahanda iştirak üçün ərizəsi olmalıdır.

İmtahan üçün ərizənin verilmə qaydası

  1. İmtahana dair ərizə klubun rəhbəri tərəfindən 1 aydan (Dan dərəcəsi üçün) və 15 gündən (Kyu dərəcəsi üçün)  gec olmuyaraq İmtahan Komissiyasına təqdim olunur.
  2. İmtahan öncəsi Attestasiya Komissiyasının Katibliyinə namizəd tərəfindən verilir:
    • İmtahan tariflərinə uyğun olaraq qeydiyyat haqqı;;
    • .Budo-pasport (Yudanşa-kartı) (2 daha və yuxarı dərəcələr üçün).
  3. İmtahanın sonunda Attestasiya nəticələrinə dair bir protokol tərtib edilir. Attestasiyanın nəticələri, yarım ildə bir dəfə Aikikai Aykido Klublarının rəsmi saytında dərc olunur.
  4. Namizəd imtahandan keçmədikdə, ona qeydiyyat haqqı tam olaraq qaytarılır.  Kyu üzrə növbəti attestasiya 6 aydan, Dan üzrə isə 1 ildən tez olmayaraq mümkündür.
  5. Qaydaların 2-ci bəndi yerinə yetirilmədikdə, namizədə imtahan verməyə icazə verilmir. Növbəti Attestasiya “Azərbaycan Aykikay Aykido Klubları” təqviminə uyğun olaraq hər hansı bir seminarda mümkündür..
  6. “Azərbaycan Aykikay Klubları” İmtahan Komissiyasının sədri namizədin imtahan qəbulunu dayandırmaq hüququna malikdir. Kyu,1 və 2 Dan dərəcəsi qəbul imtahanının dayandırılması barədə qərar namizədə imtahan verildiyi gündən ən geci 5 təqvim günü əvvəl, 3 Dan və daha yüksək dərəcə üçün isə 10 gündən gec olmayaraq  bildirilir.

İmtahan nəticəsinin təsdiqlənməsi qaydaları

  1. İmtahandan 3 gün keçdikdən sonra imtahanın protokolu İmtahan Komissiyasına göndərilir. İmtahanın protokolu alındığı tarixdən etibarən 5 gün müddətində, İmtahan Komissiyası sədri nəticələri təsdiqləyir.
  2. İmtahanın nəticələrinə əsasən, imtahanı müvəffəqiyyətlə verən namizəd müəyyən edilmiş nümunə üzrə sertifikatı alır. 3-cü Kyu dərəcəsindən başlayaraq, Hombu Docoya qeydiyyatdan keçdikdən sonra beynəlxalq bir nümunə alır.
  3. İmtahanın nəticələrinə əsasən suallar yaranarsa, Komissiyanın sədri imtahan qəbul edən Komissiyanın baş imtahançısı tərəfindən aydınlaşdırılmasını tələb edir.

Əlavələr

* İmtahan məşqlərdən kənar vaxtlarda keçirilməlidir. Buna imkan olmadıqda, imtahan hər ayın sonuncu günü məşğələ zamanı keçiriləcəkdir.
* İmtahanda iştirak edən şagirdlərin ərizələri, protokol və ödəniş cədvəli, ən geci imtahana 3 (üç) gün qalmış ofis menecerə və maliyyə menecerinə təqdim olunmalıdır. 
* Baş təlimatçı imtahan protokolunu təsdiqləyib, baş imtahançıya təqdim edir. 
* Baş imtahançı keçici təyinatdır, imtahançılar arasında növbə ilə dəyişir və yeni dərəcə şagirdlərin budopassportlarında imtahan komissiyasının imzası ilə təsdiqlənir.
* Şodan sahibləri imtahançı ola bilməzlər. 
* Birlikdə yetərincə sandan – yondan sahibləri varsa, nidan sahibləri imtahançı ola bilməzlər. 
* İmtahanda iştirak üçün şagirdin dəvamiyyəti, davranışı, yaşı və mənəvi hazırlığı nəzərə alınmalıdır.
* İmtahançılar və şagirdlər imtahan vaxtı zalı hər hansı səbəb üzündən tərk etməməlidir.
*  İmtahan komissiyası bütün tələbləri, sualları aydın və ciddi formada soruşmalıdır.
*  Şagirdə aid olan proqram tam yerinə yetirildikdən sonra, baş imtahançı tərəfindən imtahançıların fikrləri öyrənilir və ümumi rəy baş təlimatçıya təqdim edilir. 
* İmtahan vaxtı şagirdə güzəşt edilməməlidir.
* Şagird çox zəif çıxış etdiyi halda belə, imtahan proqramı tam şəkildə soruşulmalıdır.
* İmtahan dərəcəsi artdıqca, tələblər artır və ciddiləşir.
* İmtahan vaxtı, şagirdi həddən artıq qəsdən yormaq olmaz.
* Şagirdə şəxsi qərəzli münasibət qadağandır.
* Aykikay Hombu dərəcə proqramda olmayan texnikaları tələb etmək qadağandır.
* Şagirdin imtahandan aşağıdakı hallarda kəsilir:
Fəndlərin adların bimir və yalnız gördükdə yadına düşür.
Kihon naqe və osae vaza-ya daxil olan əsas texnikanı yerinə yetirə bilmədikdə.
Əvvəlki dərəcə üzrə olan proqramın tələblərini cox zəif işlədikdə.
Fəndləri həddən artıq kobud və güc tətbiq edərək işlədikdə.
*Şagird imtahana gecikdikdə, imtahana buraxılmır.

Çingiz Əliyev
İmtahançı

Elnur Nemətov
İmtahançı

Ümum heyət

Sədr – İlham Quliyev 4 Dan
İmtahançı – Çingiz Əliyev 4 Dan
İmtahançı  – Arzu Mikayılov 3 Dan
İmtahançı  – Elnur Nemətov 3 Dan
İmtahançı  – Anar Gənciyev 3 Dan
İmtahançı  – Emin Nuriyev 2 Dan
İmtahançı  – Fəxri Qafarlı 2 Dani

İmtahançı heyəti

Baş imtahançı – İlham Quliyev
1-ci imtahançı heyəti
Arzu Mikayılov, Emin Nuriyev.
2-ci imtahançı heyəti
Anar Gənciyev, Fəxri Qafarlı.
3-cü imtahançı heyəti
Çingiz Əliyev, Elnur Nemətov.

“Aykikay Aykido Klubları” ictimai birliyinin illik üzvlük haqqını ödəməyən üzvlərinin imtahanda iştirak etməsinə icazə verilmir.