İlham Quliyev

Azərbaycan Aykikay Aykido Klubları ictimai birliyinin  sədri və texniki direktoru. 26.03.1976-cı ildə Azərbaycan Respublikasının Ağdam şəhərində anadan olmuşdur. 18.06.1995-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində aykido ilə məşğul olmağa başlamışdır. 14.12.1996-31.08.2001 ci illər AAF-nın üzvü olmuşdur. 10.09.2001-ci (2007-ci ilə kimi) il tarixində Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində aykido üzrə təlimatçı vəzifəsində fəaliyyətə başlamışdır. 2006-cı ildən başlayaraq, Aykikay Aykido Klubları ictimai birliyi və Azərbaycan Aykikay Aykido Klubları ictimai birliyinin nəzdində fəaliyyət aparan 4 klubu təsis etmişdir.