İlham Quliyev

Azərbaycan Aykikay Aykido Klubları ictimai birliyinin  sədri və texniki direktoru. 26.03.1976-cı ildə Azərbaycan Respublikasının Ağdam şəhərində anadan olmuşdur. 18.06.1995-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində aykido ilə məşğul olmağa başlamışdır. 14.12.1996-31.08.2001 ci illər Azərbaycan Aykido Federasiyasının üzvü olmuşdur. 10.09.2001-ci (2007-ci ilə kimi) il tarixində Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində aykido üzrə təlimatçı vəzifəsində fəaliyyətə başlamışdır. 2006-cı ildən başlayaraq 2017 ci ilin dekabr ayına kimi birliyin baş təlimatçısı işləmişdir. 

“Aykikay Aykido Klubları” ictimai birliyi və “Aykikay Aykido Klubları” ictimai birliyinin nəzdində fəaliyyət aparan 3 idman klubu ictimai birliyini təsis etmişdir. “Hombu Doco Azərbaycan” və Aykikay Fondu Azərbaycan Aykido Qərargahını qurmuşdur. Bununla yanaşı 2019 cü ildə “Azərbaycan Aykikay Aykido Fondu”, Azərbaycan Aykikay Aykido Akademiyası, “Aykikay Aykido Psixologiyası” İctimai Birliyi və “Kendo & İaydo” Yapon Mədəniyyəti İctimai Birliyinin təsis etmişdir.