Moriteru Ueşiba

Vilko Vriesman

İlham Quliyev

Turan Aykido Federasiyası, Beynəlxalq Aykido Federasiyası tərəfindən yaradılmış türk dövlətlərinin Aykido birliyidir. Turan Ayikido Federasiyasının əsası Beynəlxalq Aykido Federasiyasının sədri cənab Vilko Vriesmanın 16-19 may 2023-cü il tarixlərində Azərbaycana rəsmi səfəri zamanı qərara alınıb. Bu qərara əsasən, Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyinin idarə heyəti, türkdilli ölkələrin Aykido təşkilatları ilə danışıqlara başlayıb. Proses zamanı Qırğızıstan, Türkiyə, Türkmənistan, Qazaxıstan və Özbəkistan arasında danışıqlara aparılıb. İlkin olaraq 3 ölkə Azərbaycan, Qırğızıstan və Türkiyə arasında Beynəlxalq Aykido Federasiyası Turan işçi qrupu yaradıldı. Türkmənistan, Qazaxıstan və Özbəkistan Beynəlxalq Aykido Federasiyası Turan işçi qrupunda fevral 2024-cü ilə kimi müşahidəçi qismində iştirak edir.

Turan Aykido Federasiyası