Aykido Azərbaycanda

1990 – cı ildə Aykidonun Azərbaycanda əsasını qoymuşdur. Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirmişdir. Azərbaycan Aykido Federasiyasının www.aiki.az prezidenti və Azərbaycan Aykido Mərkəzinin rəhbəridir. Aykikay Aykido üzrə 4 Dan və  milli Aykido üzrə 6 Dan dərəcə sahibidir. Gənc vaxtlarda o, güləş, judo, karate kimi təkbətək döyüş növləri ilə məşğul olub. Fərhad Ələsgərov 1990-cı ildə Azərbaycanda ilk aykido dojosunu Bakı ş. Bala Dadaşov 24 ünvanda yaradıb və bu günə kimi həmin ünvanda aykido dərsi keçməyə davam edir. 30.06.1992-ci ildə Azərbaycanda ilk Aikido təşkilatı «Aykido Mərkəzi» – ni Ədliyyə Nazirliyində qeydiyyatdan keçirib. 13.07.1994-cü ildə «Azərbaycan Aykido Federasiyası»nı Ədliyyə Nazirliyində qeydiyyatdan keçirir. Fərhad Ələsgərov 27.10.1990-cı ildə yaranmış SSRİ Aykido Federasiyasının (indiki Beynəlxalq Avroasiya Aykido Federasiyasının www.aikido.ru) təsisçisi www.founder.ru və vitse-prezidentidir. 31.07.1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin üzvüdür. 19.07.2019-cu ildə Aikido növü üzrə «Azərbaycan Respublikasının Əməkdar Məşqçisi» fəxri adına layiq görülmüşdür. Daha ətraflı www.aikihistory.az