Beynəlxalq Olimpiya Komitəsi

Ümumdünya Oyunları Beynəlxalq Olimpiya Komitəsinin dəstəyi ilə təşkil edilən 11 günlük beynəlxalq multi-idman tədbiridir.

Yay Olimpiya Oyunlarından sonrakı il keçirilən Dünya Oyunları 2022 7-17 iyul 2022-ci il tarixlərində Birmingemdə Qlobal İdmanın Yeni Nəslini nümayiş etdirəcək.

100-dən çox ölkədən gözlənilən 3600 elit atlet dünyanın ən sürətlə inkişaf edən 30-dan çox idman növündə qızıl uğrunda mübarizə aparacaq.

chingiz

Çingiz Məmmədov

fakhri

Fəxri Qafarlı

Aykikay Azərbaycan

Azərbaycanı bu tədbirdə Aykikay Aykido Klubları İctimai Birliyinin milli komandasınının 2 üzvü Çingiz Məmmədov 3 Dan və Fəxri Qafarlı 3 Dan təmsil edirlər. Azərbaycan ilk dəfədir ki, Dünya Oyunlarına dəvət olunur. Belə ki, Azərbaycan Aykidosu 2021 ci ilin noyabr ayının 13 tarixindən etibarən Beynəlxalq Aykido Federasiyasının üzvü və Azərbaycan üzrə nümayəndəliyidir.

Beynəlxalq Aykido Federasiyası əməkdaşlıq etdiyi tərəfdaş təşkilatlar aşağıdakılardır

Beynəlxalq İdman Federasiyalarının Qlobal Assosiasiyası, Müstəqil Tanınmış İdman Üzvlərinin Alyansı, Beynəlxalq Dünya Oyunları Assosiasiyası, Avropa Aykido Federasiyası və Aikido Jurnalı.