Fərhad Ələskərov
4 Dan Aykido

Azərbaycanda ilk Aykido Docosunun yaranma tarixi

Azərbaycanda ilk Aykido məşqləri Fərhad Ələsgərov Sensey tərəfindən 1990 – cı ildə yaradılıb və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Dinamo idman cəmiyyətində dərslər keçilməyə başlanılıb. Bu ana qədər Fərhad Ələskərov aykido ilə ilkin tanışlığı Rusiyada (SSRİ məkanında) olmuşdu. Fərhad Ələskərov Sensey 30 iyun 1992 – ci ildə Azərbaycanda ilk Aykido təşkilatı «Aykido Mərkəzi»ni, 13 iyul 1994 – cü ildə «Azərbaycan Aikido Federasiyası»nı Ədliyyə Nazirliyində qeydiyyatdan keçiritmişdir. 1992 ci ildən etibarən Bakı şəhəri, Nərimanov rayonu Bala Dadaşov 24 ünvanda yerləşən kiçik idman zalında Azərbaycan Aykido Federasiyasının daimi qərargahını yaradır və daha sonralar bu idman zalını böyük idman mərkəzinə cevirmək üçün quruculuq işləri aparıldı. Doco bu günə qədər fəaliyyət etməkdədir.

Türkiyə Aykidosunun Azərbaycana Dəstəyi

Kenji Kumaqai
8 Dan Aykido

Mustafa Aygün
6 Dan Aykido

Yusuf Akyurt
6 Dan Aykido

1994-1997 ci illər arası Azərbaycanda aykidoya dəstək vermək üçün ilk olaraq Mustafa Aygün Sensey və Yusuf Akyurt Sensey Azərbaycan Aykido Federasiyası tərəfindən dəvət olunur və Bakı şəhərində aykido dərsləri verməyə başlayırlar. Daha sonra Azərbaycan Aykido Federasiyası heyətinə Azərbaycan və Türkiyədə dərslər verdi. Mustafa Aygün Sensey ilə Yusuf Akyurt Sensey Azərbaycanda Kenji Kumaqai Şixanın məktəbini təmsil edirdilər. Kenji Kumaqai Şixan Türkiyə və Misirdə aykidonun qurucusu, Azərbaycanda isə aykidonun inkişafına dəstək olan şixan kimi tarixə düşüb. 1997 ci ildən etibarən Azərbaycan Aykido Federasiyası, Kenji Kumaqai Şixan ilə fəaliyyətə son qoydu və Nəbi Vural Şixanın vasitəsi ilə Nabiyoşi Tamura Şixan ilə fəaliyyətə başladı. Kenji Kumaqai Şixan ilə Yusuf Akyurt Sensey 2001 ci ilə qədər Azərbaycan aykidosu ilə əlaqələri müvəqqəti kəsildi. Mustafa Aygün Sensey ilə isə əlaqələr təmamən yekunlandı.

1996 cı il Azərbaycan Aykidosunda ilk Yudanşa sahibləri

Fərhad Ələskərov
4 Dan Aykido

Faiq Nuriyev
2 Dan Aykido

Çingiz Əliyev
1 Dan Aykido

Qabil Allahverdiyev
3 Dan Aykido

Siyavuş Babayev
3 Dan Aykido

Bəxtiyar Zeynalov
4 Dan Aykido

1996 – cı ildə Azərbaycan aykidoçuları Türkiyənin İstanbul şəhərində yudanşa dərəcələrinə imtahan verdilər. İmtahana rəhbərliyi Şixan Kenji Kumaqai edirdi. Bu ana qədər Azərbaycan aykidoçularının ustalıq dərəcələri yox idi. Bu imtahanda Fərhad Ələskərova bir başa 2 Dan dərəcəsi, Faik Nuriyev, Çingiz Əliyev, Qabil Allahverdiyev, Siyavuş Babayev və Bəxtiyar Zeynalov 1 Dan qara kəmər dərəcələrinə layiq görüldülər. Bu hadisə Azərbaycan aykidosunda qəbul edilən ilk qara kəmər imtahanı idi.  İmtahandan öncə Fərhad Ələskərov, Faik Nuriyev və Çingiz Əliyev 1 Kyu, Qabil Allahverdiyev 2 Kyu, Siyavuş Babayev və Bəxtiyar Zeynalov 3 Kyu dərəcəsində idilər.  İmtahanın baş verməsi öncədən Kyu və sonrasında Dan dərəcələrinin verilməsi Sensey Yusuf Akyurtun dəstəyi ilə baş tutmuşdu. 1998 ci ildə Çingiz Əliyev, Emil Quliyev, …….. Novruzov, Emil ……., 1999 cu ildə Fərid ………., Elnur Nemətov, Əziz Hacıyev, Sahib Zeynalov, 2000 ci il İlham Quliyev 1 Dan və Faiq Nuriyev 2 Dan dərəcəsinə dərəcələrinə layiq görüldülər.

Rusiya, Fransa və ABŞ Aykido təşkilatlarının Azərbaycana Dəstəyi

Nabiyoşi Tamura
8 Dan Aykido

Yoşimitsu Yamada
8 Dan Aykido

Seiçi Suqano
8 Dan Aykido

Valeriy Skrılev
6 Dan Aykido

Nəbi Vural
6 Dan Aykido

1997 ci ildən başlayaraq Azərbaycan Aykido Federasiyası 27 oktyabr 1990-cı ildə yaranmış SSRİ Aikido Federasiyasının (indiki Beynəlxalq Avroasiya Aikido Federasiyasının (IEAAF)) Sankt Peterburq şəhərində yerləşən qərargahı ilə əməkdaşlığa başladı. Fərhad Ələskərov Sensey bu təşkilatın təsisçiləri heyətin qoşuldu və ardından bu təşkilata vitse-prezident təyin olundu.  Bununla yanaşı Azərbaycan Aykido Federasiyası, Fransada yerləşən Avrasiya Aikido Təşkilatının (EAAO) lideri Nabiyoşi Tamura Şixan və təşkilatın Texniki Direktoru Nəbi Vural Şixan ilə əməkdaşlığa başladı. Azərbaycan Aykido Federasiyası heyəti hər il Sankt Peterburq şəhərində  keçirilən bəyaz gecələr Aykido seminarlarında iştiraka və dan dərəcələri almağa başladılar. Seminarları hər il təqvim planına uyğun olaraq, Nabiyoşi Tamura Şiixan və Amerika Aykido Federasiyasının təlimatçıları Yoşimitsu Yamada Şixan ilə Seyçi Suqana Şixan növbə ilə rəhbərlik edirdilər. Beləliklə Azərbaycan Aykido Federasiyası Rusiya, Fransa və Amerika Birləşmiş Ştatlarının aykido təşkilatları ilə əməkdaşlıq aparmağa start verdi. 2010 cu ildə Nabiyoşi Tamura Şixan vəfat etdi. Bir neçə ay sonra Nəbi Vural Şixan AYKİKAY – ı tərk etdi və öz aykido stilini qurdu. Fərhad Ələskərov Sensey yaranmış bu vəziyyətdə AYKİKAY ilə əlaqələri kəsib Nəbi Vural Şixanın yeni stilinə qoşuldu. Bu qərarla əlaqədar Azərbaycan Aykido Federasiyasının AYKİKAY ilə əlaqələsi tam kəsildi. 2011 ci ilin fevral ayından AYKİKAY, Fərhad Ələskərovu arzu olunmaz şəxs elan etdi. Bu vəziyyətlə əlaqədar Yoşimitsu Yamada Şixanlada rəsmi əlaqələrə son qoyuldu. Ümumən Azərbaycan Aykido Federasiyası davamlı olaraq durmadan parçalanmalar davam etməkdədir və təşkilat beynəlxalq aykido aləmindən uzaqlaşaraq milli aykido formatında fəaliyyətinə davam etməkdədir.

Siyavuş Babayev
3 Dan Aykido

Emil Quliyev
2 Dan Aykido

Leonid Andreyko
3 Dan Aykido

Aykikan Döyüş Növləri Klubu MMC nin yaranması

2001 – ci ildə Siyavuş Babayev ilə Fərhad Ələskərov Senseyin arasında yaranan problemlə əlaqədar Siyavuş Babayev 1 Dan dərəcəsində ikən Azərbaycan Aykido Federasiyasını tərk edir və Ciu Citsu Federasiyasının nəzdində Aykikan İdman Klubu MMC təsis edir. Bu vəziyyətdə Emil Quliyev 1 Dan dərəcəsində ikən Azərbaycan Aykido Federasiyasını tərk edir və Aykikan İdman Klubu MMC üzvlüyünə qəbul olunur. Yeni kluba Leonid Andreyko 3 Kyu dərəcəsində ikən üzvlüyə yazılır. Bu ana qədər Leonid Andreyko Rusiyada aykido ilə məşğul olurdu. 

Klub Yusuf Akyurt Senseyə müraciət edib əvvəlki əlaqələri bərpa edir. Bu proseslərin gedişatı zamanı Qabil Allahverdiyev 1 Dan, Çingiz Əliyev 1 Dan və İlham Quliyev 1 Dan dərəcəsində ikən, Siyavuş Babayevlə əməkdaşlıq etmək üçün Azərbaycan Aykido Federasiyasının üzvlüyündən imtina edirlər. Azərbaycan Aykido Federasiyasının bir cox üzvləridə federasiyanı tərk edib Aykikan İdman Klubu MMC qoşulurlar. 2004 – cü ildə İlham Quliyev və Arzu Mikayılov, Aykikan İdman Klubu MMC ilə əməkdaşlığı dayandırırlar. Bu vaxta kimi İlham Quliyev və Arzu Mikayılov Aykikan İdman Klubu MMC əməkdaşlıqla paralel 10 sentyabr 2001 – ci il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin nəzdində aykido bölməsi olaraq fəaliyyətlərinə start vermişdilər. Beləliklə artıq 2004 cü il tarixində Aykikay Azərbaycanın təməli qoyulmuşdu. 2009 cu ildə Aykikan İdman Klubu MMC klubun adını dəyişərək Aykikan Döyüş Növləri Klubu MMC edir. 2011 – ci ildə Yusuf Akyurt Sensey 30 illik müəllimi Kenji Kumaqai Şixandan ayrılaraq, Masonabu Kuribataşi Şixanın şagirdliyini qəbul edir və bu zaman Aykikan Döyüş Növləri Klubu MMC tərkibində növbət ayrılma faktı baş verdi. Bu dəfə Tofiq Nəcəfov və Nazim Kərimli Ciu Citsu Federasiyasının nəzdində yeni qrup yaratdılar və bir neçə il sonra Sakura Aykido Məktəbi yaradıldı. Aykikan Döyüş Növləri Klubu MMC hal hazırda Azərbaycanda fəaliyyətini davam etdirərək Ukrayna, Türkiyə və Qatarda filiallarını yaratmışdır. Klub hal-hazırda Kenci Kumaqai Şixanın Türkiyədəki məktəbləri ilə əməkdaşlıq edir. Yusuf Akyurt Sensey ilə rəsmi əlaqələri yoxdur.

İlham Quliyev
5 Dan Aykido

Arzu Mikayılov
4 Dan Aykido

“Aykikay Aykido Klubları” İctimai Birliyinin yaranması

Birlik fəaliyyətinə 10 sentyabr 2001 – ci il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin nəzdində aykido bölməsi kimi başlamışdır.  21 mart 2006 – cı il tarixində Azərbaycan Respublikası Professional Döyüş Növləri Assosiasiyasının iştirakı ilə fiziki şəxslər İlham Quliyev və Arzu Mikayılov tərəfindən “ZIRVƏ” Peşəkar İdman Klubu İctimai Birliyi adı ilə təsis olunmuşdur. 19 aprel 2006-cı il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. 27 yanvar 2007 ci ildə Yusuf Akyurt Şixan ilə münasibətlərin korlanması nəticəsində İlham Quliyev Sensey, Aykikan Döyüş Növləri Klubu MMC və Yusuf Akyurt Sensey ilə əlaqələri kəsir. 2008 ci ilin may ayına kimi texniki direktor olmadan fəaliyyət aparılır. Sonra isə məktəb seçimi üçün Kuribayaşi Takanori ilə görüşür. 

Lakin Kuribayaşi Takanori Şixanın Azərbaycana gəlişi 2011 ci ilə kimi yubanır. 2011 ci ilin sentyabr ayında Kuribayaşi Takanori Şixan Azərbaycana gəlir. Bu tarixdən etibarən klub fəaliyyətini bir başa AYKİKAY ilə qurmuş olur. 29 avqust 2011-ci ildə birliyin adı dəyişdirilərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində “Aykikay Aykido Klubları” İctimai Birliyi olaraq qeydiyyata alınmışdır. 2017 ci ildə AYKİKAY – a üzv seçilir. 13 oktyabr 2021 ci ildə isə “Aykikay Aykido Klubları” İctimai Birliyi, Beynəlxalq Aykido Federasiyasının üzvlüyünə seçilir və ölkə üzrə nümayəndəlik alır.

Tofiq Nəcəfov
3 Dan Aykido

Nazim Kərimli
2 Dan Aykido

Tural Süleymanov
2 Dan Aykido

Sakura Aykido Məktəbinin yaranması

Sakura Aykido Məktəbi əsası Tural Süleymanov tərəfindən Ciu Citsu Federasiyasının nəzdində təməli qoyulmuşdur. Məktəbin yaranmasında Tofiq Nəcəfov və Nazim Kərimli iştirak etmişlər. Məktəbin təməli Aykikan Döyüş Növləri Klubu MMC heyətinin bazası əsasında yaradılmışdır. Məktəb 2017 ci ildə Kenci Kumaqai Şixanın Türkiyədəki klubları ilə fəaliyyətini təşkil etmişdir. Bu ana qədər Tofiq Nəcəfov və Nazim Kərimov 2011 – ci ildə Aykikay Aykido Klubları İctimai Birliyinin dəstəyi ilə Bakı şəhərindən Kenci Kumaqai Şixanın seminarında 1 Dan dərəcəsinə layiq görüldülər. Məktəbin Bakı şəhərində bir neşə filialı fəaliyyət aparmaqdadır. 

Bəxtiyar Zeynalov
4 Dan Aykido

Namiq Zeynalov
2 Dan Aykido

Mugenryu Budo Klubu İctimai Birliyinin yaranması

Mugenryu Budo Klubu İctimai Birliyi 2015 ci ilin mart ayında “Aikikai Aikido Klubları” İctimai Birliyi nəzdində Mugenryu Aykido Klubu adı ilə əsası qoyulmuşdur. Klubun sədri Bəxtiyar Zeynalov Sensey 2014 cü ilin iyun ayında Azərbaycan Aykido Federasiyasının üzvlüyündən cıxaraq, “Aikikai Aikido Klubları” İctimai Birliyinin nəzdindəki “Şinjutsu Aykido İdman Klubu” İctimai Birliyinin üzvlüyünü qəbul edir. 2016 cı ilin may ayında isə “Aikikai Aikido Klubları” İctimai Birliyinin üzvlüyündən cıxaraq Mugenryu Budo Klubu İctimai Birliyini təsis edir. Klub hal hazırda Bakı şəhərində fəaliyyət aparmaqdadır.

Aykikay yönümlü təşkilatların siyahısı

Hal-hazırda Azərbaycan Respublikası ərazisində AYKİKAY yönümlü təşlikatların sayı 4 təşkilatdan ibarətdir. 

“Aykikay Aykido Klubları” İctimai Birliyi – Aykikay və Beynəlxalq Aykido Federasiyasının üzvü və Azərbaycanda nümayəndəliyi.
Aykikan Döyüş Klubu Məhdud Məsuliyyətli Cəmiyyəti
Sakura Aykido Məktəbi
Mugenryu Budo Klubu İctimai Birliyi

Aykikay yönümlü klublar haqda ətraflı məlumatı link vasitəsi ilə almaq olar. www.aikikai.azerbaijan,org