Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi

Fərid Qayıbov

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ölkədə gənclərlə iş, bədən tərbiyəsi və idman sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Nazir Fərid Qayıbov

Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyi üzrə görülən işlər

Əbülfəz Qarayev

Aikido seminarı

2006 cı il: Nazir Əbülfəz Qarayevin vəsadət məktubu ilə Ədliyyə Nazirliyində “ZİRVƏ” Peşəkar İdman Klubu İctimai Birliyinin təsis edildi.

2006 cı il: Nazirliyin iştirakı ilə “ZİRVƏ” Peşəkar İdman Klubu İctimai Birliyi Azərbaycanda ilk dəfə olaraq AYKİKAY yapon aykido ustaları Şixan Kenji Kumagai 8 Dan və Şixan Hiranori Kavasaki 8 Dan tərəfindən aykido seminarı keçirildi.

2006 cı il: Cüdo üzdə Dünya Kubokunda, “ZİRVƏ” Peşəkar İdman Klubu İctimai Birliyinin yığma heyəti açılış tədbirində nümunəvi cıxışlarda iştirak etdi.

2007 ci il: Cüdo üzdə Dünya Kubokunda, “ZİRVƏ” Peşəkar İdman Klubu İctimai Birliyinin yığma heyəti açılış tədbirində nümunəvi cıxışlarda iştirak etdi.

2011 cı il: Nazir müavini İsmayıl İsmayılov, AYKİKAY təmsilçisi Kuribayaşi Takanori Şixan və “ZİRVƏ” Peşəkar İdman Klubu İctimai Birliyinin fəxri sədri Çingiz Əliyevin rəsmi görüşü oldu. 

2011 cı il: Nazir Azad Rəhimov ilə “ZİRVƏ” Peşəkar İdman Klubu İctimai Birliyinin fəxri sədri Çingiz Əliyevin rəsmi görüşü oldu.

2011 cı il: Nazir Azad Rəhimovun vəsadət məktubu ilə Ədliyyə Nazirliyində ZİRVƏ Peşəkar İdman Klubu İctimai Birliyinin adı dəyişdirilib “Aykikay Aykido Klubları” İctimai Birliyi adı ilə dövlət qeydiyyatına alındı.

2012 ci il: “Aykikay Aykido Klubları” İctimai Birliyinin idarə heyəti üzvləri Beynəlxalq Aykido Federasiyasının 11 ci Aykido Konqresində iştirak etmək üçün Tokioya səfər etdi.

2012 ci il: Nazir Azad Rəhimovun vəsadət məktubu ilə Ədliyyə Nazirliyində “Sərbəst Döyüş İdman Klubu” İctimai Birliyi təsis edildi.

2013 cü il: Nazir Azad Rəhimovun vəsadət məktubu ilə Ədliyyə Nazirliyində “Katana Aykido İdman Klubu” İctimai Birliyi təsis edildi.

2014 ci il: “Aykikay Aykido Klubları” İctimai Birliyinin idarə heyəti üzvləri Beynəlxalq Aykido Federasiyasının Budapeşt şəhərində keçirdiyi seminarda iştirak etmək üçün Macarıstana səfər etdilər.

2014 cü il: “Aykikay Aykido Klubları” İctimai Birliyinin idarə heyəti üzvləri Beynəlxalq Aykido Federasiyasının Mursiya şəhərində keçirdiyi seminarda iştirak etmək üçün İspaniyaya səfər etdilər.

2015 ci il: “Aykikay Aykido Klubları” İctimai Birliyinin milli komanda heyəti üzvləri Amerika Aykido Federasiyasının Nyu York şəhərində keçirdiyi seminarda iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarına səfər etdilər.

2016 cı il: Nazir Azad Rəhimov ilə “Aykikay Aykido Klubları” İctimai Birliyinin fəxri sədri Çingiz Əliyevin rəsmi görüşü oldu.

2016 cı il: Nazir Azad Rəhimovun vəsadət məktubu ilə Ədliyyə Nazirliyində “Şinjutsu Aykido İdman Klubu” İctimai Birliyi təsis edildi.

2017 ci il: Nazir Azad Rəhimov ilə “Aykikay Aykido Klubları” İctimai Birliyinin fəxri sədri Çingiz Əliyevin rəsmi görüşü oldu. Bu görüşdə Dünya Aykido Mərkəzi olan AYKİKAY Hombu Dojo tərəfindən “Aykikay Aykido Klubları” İctimai Birliyinin üzvlüyünə qəbul edilməsi haqda beynəlxalq sertifikat Azad müəllimə təqdim olundu.

2018 ci il: İdman Şöbəsinin müdiri Fərid Mansurov, tətbiqi idman sektorunun rəhbəri Cəbrayıl müəllim və “Aykikay Aykido Klubları” İctimai Birliyinin sədri İlham Quliyevin rəsmi görüşü keçirildi.

2021 ci il: Nazir müavini İsmayıl İsmayılova, Beynəlxalq Aykido Federasiyası tərəfindən ünvanlanmış mətub təqdim olundu. Məktubda bildirilirdi ki, “Aykikay Aykido Klubları İctimai Birliyi BAF üzvlüyünə qəbul edilmiş və Azərbaycan üzrə nümayəndə təşkilat hüququ verilmişdir.

2021 ci il: Nazir Fərid Qayıbova, yeni vəzifəyə seçilməsi haqda təbrik və “Aykikay Aykido Klubları” İctimai Birliyinin, Beynəlxalq Aykido Federasiyasına üzvlüyə qəbul edilməsi və Azərbaycan üzrə nümayəndə təşkilat hüququ verilməsi haqda ətraflı məlumatlar ilə məktub ünvanlandı.

Azad Rəhimov

Cüdo Kuboku