Aykikay Azərbaycan
Aykikay Azərbaycan (Aykikay Aykido Klubları İctimai Birliyi) 29 avqust 2011 – ci tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. 1 oktyabr 2011 ci ildən etibarən Aykikay Azərbaycan, Dünya Aykido Mərkəzi (AYKİKAY Hombu Dojo) ilə bir başa rəsmi fəaliyyətə başlamışdır. Aykikay Azərbaycanın yaranması tarixi, Kuribayaşi Takanori Şixanın Azərbaycana ilk gəlişi ilə başlamışdır. Aykikay Azərbaycan tam Aykido təşkilatıdır və Dünya Aykido Qərargahı qaydalarına və nizamnaməsinin təlimatına uyğun olaraq, Aykido döyüş sənətinin təlimi üçün təsisçi ilham Quliyev tərəfindən yaradılmışdır. 1 Dekabr 2017 – ci il tarixində Aykido Doşu Moriteru Ueşiba (AYKİKAY Hombu Doco) tərəfindən rəsmən Azərbaycan üzrə əsas aykido təşkilatı olaraq tanınmışdır. Aikikai Azərbaycan, 18-23 sentyabr 2012 – ci il tarixlərində 11 – ci Beynəlxalq Aikido Federasiyası Konqresinə iştirakçı təşkilat olaraq qatıldı. 2019 – cu ildə Beynəlxalq Aykido Federasiyası, Aykikay Azərbaycanın daimi üzvlük və nümayəndəlik təşkilatı olmaq üçün müraciətini qəbul etdi. Beynəlxalq Aikido Federasiyasının 13 – cü Aykido Sammiti, Covid19 pandemiyası səbəbiylə 2020 – ci ildə təxirə salındı. Aykikay Azərbaycan xx.10.2021 – ci ildə Beynəlxalq Aykido Federasiyası tərəfindən rəsmi tanınmışdır və Azərbaycan üzrə nümayəndəlik statusun almışdır.
Aykikay və Beynəlxalq Aykido Federasiyasının tərkibində olan Azərbaycanın Aykido təşkilatları
Təşkilat | ||
|
Azərbaycan Aykikay Aykido Klubları Hombu Doco Azərbaycan Katana Aykido İdman Klubu Sərbəst Döyüş İdman Klubu Şinjutsu Aykido İdman Klubu |
Sədr və dərəcəsi | ||
|
İlham Quliyev 5 Dan, Şidoin Аrzu Mikayılov 4 Dan, Şidoin Elvin Əliyev 2 Dan, Fukuşidoin Ruslan Musayev 3 Dan, Fukuşidoin Elnur Nemətov 4 Dan, Şidoin |
Üzvlük və Nümayəndəlik | ||
|
AYKİKAY-Beynəlxalq Aykido Federasiyası Azərbaycan Aykikay Aykido Klubları Azərbaycan Aykikay Aykido Klubları Azərbaycan Aykikay Aykido Klubları Azərbaycan Aykikay Aykido Klubları |
Texniki Direktor | ||
|
Şixan Kuribayaşi Takanori Sensey İlham Quliyev Sensey İlham Quliyev Sensey İlham Quliyev Sensey İlham Quliyev |
Aykikay Aykido Klubları İctimai Birliyi, Hombu Doco Azərbaycan Aykikay Aykido Klubu, Katana Aykido İdman Klubu İctimai Birliyi, Sərbəst Döyüş İdman Klubu İctimai Birliyi, Şinjutsu Aykido İdman Klubu İctimai Birliyi.
Qeyd: Siyahıda adı olmayan və Azərbaycan ərazsisində aykido adı ilə fəaliyyət aparan təşkilatların heç biri, AYKİKAY (Yaponiya ilə) və Beynəlxalq Aykido Federasiyası ilə heç bir əlaqəsi olmayan təşkilatlardır.
Aykikay yönümlü Azərbaycan Aykido təşkilatları
Təşkilat | ||
|
Aykikan Döyüş Növü Klubu Sakura Aykido Klubu Mugenryu Budo Klubu |
Sədr və Dərəcəsi | ||
|
Siyavuş Babayev 3 Dan, Fukuşidoin Tural Süleymanov 2 Dan, Fukuşidoin Bəxtiyar Zeynalov 4 Dan, Şidoin |
Üzvlük | ||
|
Azərbaycan Ciu Citsu Federasiyası Azərbaycan Ciu Citsu Federasiyası – |
Texniki Direktor | ||
|
Şixan Kenji Kumaqai Şixan Kenji Kumaqai – |
Təşkilatların tam adı və əməkdaşlıq etdikləri (nümayəndəsi olduqları) xarici təşkilatlar
Azərbaycan ərazisində fəaliyyət göstərən bir neçə Aykikay yönümlü klubların fəaliyyəti vardır. Azərbaycan aykido klubları, Aykikay Türkiyə və Aykikay Rusiya klubları ilə əməkdaşlıq edərək beynəlxalq aykido dan dərəcələri almaqdadırlar.
Aykikan Döyüş Klubu Məhdud Məsuliyyətli Cəmiyyəti – Aykikay Türkiyə
Sakura Aykido Məktəbi İdman Klubu – Aykikay Türkiyə
Mugenryu Budo Klubu İctimai Birliyi – Aykikay Rusiya
Qeyd: Siyahıda adı olmayan və Azərbaycan ərazsisində aykido adı ilə fəaliyyət aparan təşkilatların heç biri, AYKİKAY (Yaponiya ilə) ilə heç bir əlaqəsi olmayan təşkilatlardır.