09.09.2021

Mərkəzi Ordu İdman Klubunun keçmiş rəhbəri vəfat etdi

Güləş üzrə beynəlxalq dərəcəli idman ustası, SSRİ çempionatlarının və müxtəlif beynəlxalq turnirlərin dəfələrlə mükafatçısı, Avropa çempionu (1975) Nağı Quliyev vəfat etmişdir. 73 yaşı var idi. Nağı Quliyev 1995-1998-ci illərdə Mərkəzi Ordu İdman Klubunun (MOİK) rəhbəri olub. 1998-2002 -ci illərdə Azərbaycan Daxili İşlər Nazirliyinin idman cəmiyyəti nəzdindəki “Güləş Evi” idman zalının direktoru olub. 2001-2002-ci illərdə Nagi Quliyev “Aykikay Aykido Klubları” ictimai birliyinə döyüş sənətinin bu növünün inkişafında əvəzsiz dəstək və kömək göstərmişdir. 2001-2012-ci illərdə Daxili İşlər Nazirliyinin idman cəmiyyətinin güləş evi birliyimizin daimi qərargahı idi. Allahdan dostumuza xeyir-dua diləyirik. Allah rehmet elesin. Amin. www.nagiguliyev.az

25.02.2015

Aykikay Azərbaycanın baş katibi vəfat etdi

Aykido üzrə beynəlxalq dərəcəli idman ustası, Azərbaycan Aikikai Aikido Klubları ictimai birliyinin baş katibi (2011-2015), qardaşımız və həmkarımız Zaur Qafarov dünyasını dəyişdi. Aykido ilə 1990 – cı ildə məşğul olmağa başlamışdır. Aykido üzrə 1 dan Aykikay dərəcəsində idi. Əvəz olunmaz dost, gözəl təbiətli və etibarlı insan idi. Xatirəsi hər zaman qəlbimizdədir. Allah rəhmət etsin. Ruhu şad olsun. Amin. www.zaurgafarov.az