Ruslan Musayev
03.06.1966 – cı il Bakı şəhərində anadan olmuşdur. 01.07.2009 cu ildə Azərbaycan Aykido Federasiyasında aykido ilə məşğul olmağa başlamışdır. 5 Kyu dərəcəsin aldıqdan sonra, 2010 – cu ildən təhsilini Minskdə Sensey Sergey Mixayloviç Zelenkovun rəhbərliyi altında “Sebuayki” Aykido Klubunda davam edib. www.aikido.budo.by 2015 – ci ildən Aykikay Aykido Klubları İctimai Birliyinin üzvüdür və Şinjutsu Aykido İdman Klubu İctimai Birliyində məşq etməkdədir.


Şixan Kuribayaşi Takanori seminar, Bakı 2015
Dərəcə alma tarixi
6-5 Kyu / Sensey Fərhad Ələskərov, Azərbaycan, Bakı 2009 / 2010. 4-3-2-1 Kyu / Sensey Serqey Zelinkov, Belarus, Minsk 2010 / 2011 / 2013. 1 Dan Şixan Takanori Kuribayaşi, Azərbaycan, Bakı 2015. 2 Dan Sensey İlham Quliyev, Azərbaycan, Bakı 2021. Hal-hazırda Sensey Elnur Nemətovdan dərs alır.
AYKİKAY AZƏRBAYCAN ÜZRƏ TƏYİNATLARI
2015 – 2017 ci illərdə Aykikay Aykido Klubları İctimai Birliyində ictimaiyyətlə əlaqələr meneceri.
2017 – 2019 cu illərdə Aykikay Aykido Klubları İctimai Birliyinin İcraçı Direktoru.
2018 ci ildən Şinjutsu Aykido İdman Klubu İctimai Birliyinin sədr müavini.
2020 ci ildən Aykikay Aykido Klubları İctimai Birliyinin sədr müavini www.aikikai.az
2021 ci ildən Şinjutsu Aykido İdman Klubu İctimai Birliyi fukuşidoin www.shinjutsu.az
2021 ci ildən Aykikay Aykikay Azərbaycan Jurnalının Redaktoru www.journal.az
2017 – 2019 cu illərdə Aykikay Aykido Klubları İctimai Birliyinin İcraçı Direktoru.
2018 ci ildən Şinjutsu Aykido İdman Klubu İctimai Birliyinin sədr müavini.
2020 ci ildən Aykikay Aykido Klubları İctimai Birliyinin sədr müavini www.aikikai.az
2021 ci ildən Şinjutsu Aykido İdman Klubu İctimai Birliyi fukuşidoin www.shinjutsu.az
2021 ci ildən Aykikay Aykikay Azərbaycan Jurnalının Redaktoru www.journal.az
Ruslan Musayevin aykidoya başlama tarixi
Yəqin ki, hər birinizin aykidoya gəlişinin bir tarixçəsi var. Həmçinin mənim də… Ən maraqlısı odur ki, mənim aykido ilə məşğul olmağımın əsas səbəbkarı oğlum olub. İlk zamanlarda, digər valideynlərlə birlikdə uşaqların məşqlərinə baxırdıq. Bir müddət keçdikdən sonra, gözləmə zalında boş-boş oturmaqdansa, mən də məşq etmək qərarına gəldim. Hər zaman olduğu kimi, kənardan baxana hər şey çox asan gəlir. Elə mən də fikirləşirdim ki, gördüyüm fəndləri yerinə yetirmək çox asan olacaqdır. Lakin ilk məşqlər nə qədər yanıldığımı göstərdi. Məlum olduğu kimi, yeni qoşulan aykidoçular ilk növbədə tay sabakiləri (yerişlər) və ukemiləri (təhlükəsizlik yıxılmalar) öyrənməlidirlər. Yerişləri qavramaq asan olsa da, düzgün ukemiləri yerinə yetirməyi öyrənmək xeyli vaxt alır. Ukemiləri tez qavramaq üçün müəllimin tələbəyə bu hərəkətləri düzgün anlatması çox vacibdir. Yuxarıda adını çəkdiyim elementlər aykidonun əlifbasıdır və əgər “əlifbanı” düzgün öyrənmirsənsə, düzgün “yazmağı” da bacarmayacaqsan. Aykidodakı ilk “addımlarını” Bakıda atsam da, “yeriməyi” Minskdə öyrənməli oldum. Yeni ölkəyə gələrkən bir çox klublara baş çəkdim, lakin əksəriyyətindəki müəllim-tələbə münasibəti məni qane etmədi. Nəhayət, dördüncü dan qara kəmər sahibi Sergey Mixayloviç Zelenkovun (hazırda beşinci dan) başçılıq etdiyi “Sebuayki” klubunun məşqlərinə qatıldım və senseyin peşəkarlığı və insani münasibəti mənim bu klubda qalmağıma səbəb oldu. Üstləlik, bu klubun hamisi və texniki direktoru dünyaca məşhur olan yeddinci dan qara kəmər ustası Kristian Tissye şixan (hazırda səkkzinci dan) idi. Qeyd etmək lazımdır ki, Minskdəki təlim proqramı Bakıdakında ciddi fərqlənirdi. Minskdəki kluba dördüncü kyu dərəcəsi ilə qoşulmuşdum, lakin buradakı dördüncü kyu proqramı Bakıdakı ilə müqayisədə daha çox texnikanın yerinə yetirilməsini nəzərdə tuturdu. Beləliklə, artıq məşqlərə yeni proqram üzrə başlamalı oldum. Üstəlik, mənim təlim keçdiyim aykido üslubu ilə fərqlər də var idi: bizdə fəndlərin əksəriyyəti dayanan yerdə (statikadan) yerinə yetirildisə, yeni klunda daha çox dinamikaya üstünlük verilirdi. Bir sözlə, texnikamı “sındırmaq” məcburiyyətində idim. Sergey sensey əsas üstünlüyü düzgün ukeliyi öyrətməyə verirdi, çünki yaxşı uke olmayan heç zaman yaxşı tori ola bilməz. Aykidoda harmoniya əsasdır – tori ilə ukenin harmoniyada işləməsi üçün, hər ikisinin öz işini düzgün görməsi vacibdir. Əks təqdirdə harmoniyadan söhbət belə gedə bilməz. Yəqin ki, bir çoxlarınız YouTube kanalında Tissye şixanın komandasının çıxışlarına baxmış olarasınız – bu çıxışlarda tori və uke arasında harmoniya yüksək səviyyədədir. Kristian şixanın məktəbində üstünlük verilən istiqamətlərdən biri də düzgün tay sabakilərdir. Bir misal çəkim. Komandamız ilə birlikdə Tissye şixanın Moskvada keçirilən seminarında iştirak edirdim. Seminarın birinci gününün sonunda şixan yuxarı dan dərəcələri almağa namizədlərdən imtahan qəbul edəcəkdi. Şixanın imtahanında tamaşaçı qismində iştirak etmək çoxdankı arzum idi. İmtahanda Rusiya və Belarusdan olan aykodoçular ştirak edirdilər. İmtahandan sonra şixan hamını toplayaraq öz iradlarını və məsləhətlərini səsləndirdi. Onun əsas tələbi düzgün yerişlər və “təmiz” yerinə yetirilən texnika idi. Qeyd etmək istəyirəm ki, bu gün eyni təlim üslubundan Azərbaycan Aykikai Aykido Klubları İctimai Birliyində (AAKİB) də istifadə olunur. Məhz bu səbəbdən də xaricdən Vətənə qayıdandan sonra aykido praktikamı bu birlikdə davam etdirmək qərarına gəldim. Nəzərinizə çatdırmaq istəyirəm ki, birliyimiz Beynəlxalq Aykido Federasiyasının üzvüdür və Yaponiyadakı Aikikai Foundation təşkilatının mənzil-gərargahı tərəfindən Azərbaycandakı rəsmi nümayəndəsi kimi tanınmışdır. BAF üzvülüy bizə ölkəmizi beynalxalq səviyyədə təmsil etmək hüququ verir. Birliyimizin rəhbəri beşinci dan qara kəmər sahibi İlham Quliyevdir. Əlbəttə ki, aykidodan danışanda mütləq bu döyüş sənətinin fəlsəfəsinə də toxunmaq gərəkdir. Hər bir döyüş sənətinin özünəməxsus fəlsəfəli olduğu kimi, aykidonun da maraqlı fəlsəfəsi var. Adi insandan aykidonu soruşanda ən çox yayılmış cavabı eşidirsən – “aykido rəqibin gücünü özünə qarşı istifadə etməkdir”. Əslində aykidonun fəlsəfəsi daha dərindir. Məlum olduğu kimi, aykido Morihey Uesiba tərəfindən yaradılmış döyüş sənətidir. O’Sensey bu döyüş sənətini yaradarkən qılınc və nizə ilə döyüşmək, ciucitsu, dayto-ryu aykicitsu, habelə daha qədim və ezoterik döyüş sənətlərindən praktiki müdafiə fəndlərini götürüb. Məsələn, aykidoda Yaponiyada çox populyar olan sumodan götürülmüş fəndlər də var. Bununla belə, aykidoda mənəviyyətə də böyük üstünlük verilir. Aykidoçunun əsas vəzifələrindən biri özünü mənəvi cəhətdən inkişaf etdirməkdir. Təkrar kimi olmasın, O’Senseyin çox populyar bir kəlməsi bunun əyani sübutudur – “ən böyük qələbə, öz üzərində əldə etdiyin qələbədir”. Aykodonun fəlsəfəsindən uzun-uzadı danışmaq olar. Lakin hələlik bu döyüş sənətini fəqləndirən üç əsas xüsusiyyətini nəzərinizə çatdırmaq istəyirəm:
- Praktiki nöqteyi nəzərdən aykido özünümüdafiə sənətidir. Bu döyüş sənəti bütövlükdə cavab hərəkətləri üzərində qurulmuşdur və əsas məqsəd gözlənilməyən hücumun qarşısını almaqdır. Aykidoda hücum tətbiq edilmir. Yüksək səviyyəli aykidoçunun tətbiq etdiyi fəndlər hücum edənə ciddi xətər yetirmir. Adətən zədələr nadir hallarda ciddi olurlar.
- Aykidoda bütövlükdə “xara” və insanın enerjisinin toplandığı “mərkəz” anlayışı tətbiq edilir. Əksər hallarda aykido hərəkətlərində tətbiq edilən enerji növünü ifadə edən “ki” və ya “daxili enerji” anlayışından da istifadə olunur. Bu anlayışları təkcə döyüş sənətləri dünyasında deyil, həm də çox geniş kontekstdə tətbiq etmək imkanları da mövcuddur.
- Aykido parlaq şəkildə özünü biruzə verən orijinal strategiyalarla (yəni hərəkətlər, yerişlər, texnikalar) da xarakterizə olunur. Onların fərqləndirici xüsusiyyəti dairəviliyə və ya “kürəviliyə” vurğu etməkdir.
Bu mövzu çox geniş olduğundan hazırda açıqlamalar verməyin mənası yoxdur. Jurnalımızın növbəti buraxışlarında hər bir prinsip haqqında geniş məlumat vermək fikrindəyəm. Aykidonun gözəl və cəldedici edən cəhətlərdən biri də etiket və ya docoda davranış qaydalarıdır. Aykidonun gözəlliyi də məhz etiketdədir. Etiket tək bir-birinə təzim etməklə nəzakət göstərməkdə deyil, etiket həm də aykidoçudan paltarının təmizliyindən tutmuş şəxsi gigiyenasına qədər hər şeyə diqqət yetirməyi tələb edir. Məsələn, aykido klublarında tataminin təmizliyi ilə yanaşı, paltardəyişmə və duş otarlarındakı səliqə-səhmana xüsusi ilə diqqət yetirilir. Ümumiyyətlə, aykido onunla məşğul olan şəxsin həyat tərzinə çevrilir. Aykidoçular sakit təbiəti, təmkinli davranışları ilə seçilirlər. Lovğa və təkəbbürlü, vəzifə və varidat sahibi olmanızın heç bir mənası yoxdur, çünki tatamidə sənin kim olduğuna deyil, texnikana və bacarığına baxırlar.
Aykikay Aykido Klubları İctimai Birliyinin sədr müavini Ruslan Musayev.
Aykikay Aykido Azərbaycan Jurnalı nəşri No 1, 2021 ci il.