Qabil Məmmədov
2 Dan  Aykikay Aykido

Fukuşidoin

Qabil Məmmədov 1965-ci ildə Lənkəranda doğulub. Cəmşid Naxçıvanski adına Hərbi Liseyi və Kiyev Ali Ümumqoşun Komandanlıq Məktəbini bitirib. Sovet Ordusunun zabiti kimi Qazaxıstanda (1986-1987-ci illər), Əfqanıstanda (1987-1988-ci illər), Tacikistanda (1988-1989-cu illər), Almaniyada (1989-1992-ci illər) hərbi qulluq keçib. 1992-1995-ci illərdə Moskvada Hərbi Akademiya təhsili alıb. 1995-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edib. Bərdə hərbi birləşməsinin komandanı, Müdafiə Nazirliyinin Hərbi-Elmi Mərkəzinin şöbə rəisi, Azərbaycanın Qazaxıstandakı səfirliyində hərbi attaşe olub. 2002-ci ilin yanvarında general mayor rütbəsi alıb. 2009-cu ildə öz ərizəsi ilə ehtiyata buraxılıb. “Azərbaycan Bayrağı” ordeni kavaleridir. 07.12.2007 – ci ildə Aykikay Aykido Klubları İctimai Birliyinə aykido ilə məşğul olmağa başlamışdır. 2008 – 2018 illərdə birliyin nəzarət təftiş komissiyasının sədri olmuuşdur. 2018-2022 ci illərdə birliyin fəxri sədri təyin edilmişdir. 24.08.2022 ci ildən birliyin sədr müavinidir. 

FƏALİYYƏT ÜZRƏ VƏZİFƏLƏRİ

2008-2018 Aykikay Aykido Klubları ictimai birliyinin Nəzarət Təftiş Komissiyasının Sədri.
2018-2022 Aykikay Aykido Klubları ictimai birliyinin fəxri sədr.
2021 Azərbaycan Aykikay Aykido Fondunun müşahidə şurasının üzvü. www.foundation.az
2022 Aykikay Aykido Klubları ictimai birliyinin sədr müavini. www.boardirectors.az