Nağı Quliyev

Quliyev Nağı Pirəli oğlu 1948 ci il iyunun 8 də Abşeron rayonu Görədil kəndində anadan olub. 1964 cü ildə “Neftçi” Cəmiyyətində sərbəst güləş növü üzrə məşqlərə başlamışdır. 1970 ci ildə hərbi xidmətdə olduğu zaman SSRİ silahlı qüvvələrinin birinciliyində çempion olmuşdur. Buna qədər yeniyetmələr arasında artıq Respublika çempionu adına layiq görülmüşdü. 1973 cü ildə Buxarestdə 9 ölkənin ordu idmançıları arasında keçirilən turnirdə çempion olmuşdur. 1969 cu ildə sərbəst güləş üzrə “İdman ustası”, 1973 cü ildə sərbəst güləş üzrə beynəlxalq dərəcəli idman ustası. 1968-1979 cu illədə bir cox beynəlxalq və ölkə daxili yarışlarda iştirak edib birinci yerə layiq görülüb. 5 dəfə Azərbaycan çempionu, 2 dəfə Varşava müqaviləsi təşkilatının iştirakçılarının çempionatlarının qalbi olmuşdur.

1975 ci ildə Varşava şəhərində keçirilən Avropa birinciliyinin qalibi olmuşdur.  1969-1976 cı illərə kimi SSRİ çempionatlarında 2 dəfə ikinci, 3 dəfə üçüncü yeri tutmuşdur. 1973 cü ildə Minski şəhərində Aleksandr Medvedevin xatirəsinə həsr olunmuş Beynəlxalq turnirdə 1 ci yeri tutmuşdur.  Bu dövrlərdə bir cox mötəbər və beynəlxalq turnirlərin qalibi və mükafatçısı olmuşdur. Əlcazirdə 1 ci yer, İranda 3 cü yer, Bolqarıstanda 2 ci yer, Tunisdə 1 ci yer, Berlində 2 ci yeri tutmuşdur. Sərbəst güləş üzrə dünya kubokunun sahibi, və avropa çempionu olmuşdur. Sərbəst güləş üzrə SSRi idman ustası Nağı Quliyev 1968 ci ildən 1977 ci qədər MOİK – da qulluq edərək kapitan rütbəsinə yüksəlmişdir. 1990 cı ildə mayor rütbəsinı layiq görülmüşdür. 1991 ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin fiziki hazırlıq və idman şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. 1995 ci ildən 1998 ci ilə kimi Müdafiə Nazirliyinin Ordu idman klubunun rəisi vəzifəsində işləmişdir. 1998 ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən polkovnik leytinant rütbəsində ehtiyyata buraxılmışdır.  1998 ci ildən 2002 ci ilə kimi Daxili İşlər Nazirliyi İdman Cəmiyyəti güləş evinin direktoru vəzifəsində işləmişdir. 

2001-2002 ci ilərdə Nağı Quliyevin Aykikay Aykido Klubları ictimai birliyinə aykidonun inkişaf etməsi yolunda əvəz olunmaz dəstəyi və köməyi olmuşdur. 2001-2012 ci illər ərzində Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinini Güləş evi idman zalı, Aykikay Aykido Azərbaycanın daimi qərargahı olaraq fəaliyyət aparmışdır. Nağı Quliyevə vermiş olduğu dəstəyə görə minnətdarıq və təşəkkürümüzü bildiririk.