Azərbaycan Aykikay Aykido Akademiyası fəaliyyətinə 18 aprel 2019-ci il tarixində başlamışdır. Akademiya, Azərbaycan “Aykikay Aykido Klubları” İctimai Birliyinin nəzdində təlimatçıların ixtisas artırılması məqsədi ilə Birliyin Texniki Direktoru tərəfindən qurulmuş və idarə heyəti tərəfindən qəbul edilmişdir. Akademiyanın başlıca rolu, Aykikay Aykido üzrə tədrisin beynəlxalq aykido praktikası tələblərinə uyğun olaraq həyata keçirmək və aykidonun baza proqramı əsasında texniki, fiziki, fəlsəfi, psixoloji, nəzəri, tətbiqi biliklərinin öyrədilməsinə və  mənəvi inkişafına xidmət göstərməkdir.

Azərbaycan Aykikay Aykido Akademiyası

PowerPoint Presentation

Arzu Mikayılov

 Anar Gənciyev

Elnur Nemətov

 İlham Quliyev

Azərbaycan “Aykikay Aykido Klubları” İctimai Birliyi tərəfindən və fiziki şəxs Arzu Mikayılovun iştirakı ilə təsis olunmuşdur və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.08.2019 cu il tarixində dövlət qeydiyyata alınmışdır. İctimai Birlik faliyyətini Azərbaycan Respublikası qeyri-hökümət təşkilatları haqqında (ictimai birliklər və fondlar) qanunu ilə tənzimləyir. Aykikay Aykido Akademiyasının bazası, Birliyin Nizam İntizam Komissiyası, İmtahan Komissiyası, Tədris Komitəsi, Psixologiya Mərkəzi, Aykido Jurnalı, Kendo & İaydo döyüş növlərinin birgə əməkdaşlığı ilə qurulmuşdur.

Qeyd: Akademiyada 4 dan və yuxarı dərəcə sahibləri tədris heyətinə alına bilərlər. Heyət üzvləri ölkədə yaşamalıdırlar və birliyin klublarının yüksək dan dərəcə sahibləri olmalıdırlar. 

İdarə heyəti
“Aykikay Aykido Klubları” İctimai Birliyinin ümumi yığıncağı

İcra Heyəti

Sədr: Arzu Mikayılov
Sədr müavini: Elnur Nemətov
İcraçı Direktor: Anar Gənciyev

Sertifikatlaşdırma Komissiyası

Texniki Direktor: İlham Quliyev
Texniki Məsləhətçi: Elnur Nemətov
Baş Təlimatçı: Arzu Mikayılov

Tədris Heyəti

İlham Quliyev – 5 Dan Aykido
Elnur Nemətov – 4 Dan Aykido
Arzu Mikayılov – 4 Dan Aykido
Anar Gənciyev – 4 Dan Aykido

Akademiya İmtahan Komissiya Heyəti

Akademiyanın İmtahan Komissiyası, birliyin tədris komitəsi heyətinə təlimatçılıq sertifikatı, təlimatçı vəsiqəsi və diplomu, kyu imtahan komissiyası heyətinə imtahançı sertifikatı və Akademiyada dərs keçmək üçün təlimatçılara icazə sertifikatı təqdim edir. Dan dərəcələri imtahanında iştirak edib ixtisas dərəcə artırması üzrə 1 kyu və yudanşa heyətinə icazə vermə fəaliyyətini aparır. Dan və Kyu dərəcələri üzrə imtahan komissiyalarına rəhbərlik birliyin texniki direktoru tərəfindən yerinə yetirilir. 

Akademiyanın məqsədi

Aykikay Aykido üzrə tədrisin beynəlxalq aykido praktikası tələblərinə uyğun olaraq həyata keçirmək və aykidonun baza proqramı əsasında texniki, fiziki, fəlsəfi, psixoloji, nəzəri və tətbiqi biliklərinin bazasını yüksək dərəcəli müəllimlər, tədris ilə məşğul olan təlimatçılar, məşqçilər, təlimatçı köməkçiləri və baş şagirdlərə mükəmməl şəkildə öyrədilməsi və birliyin üzvlərinə (şagirdlər) aykido bazasının tədris metodikasının hansı formada keçirilməsi və daima yeni biliklərin əldə edilməsi üzrə mənəvi inkişafına xidmət göstərməkdir.

Akademiya məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:

  • Aykikay Aykido tədris heyətinin inkişafı üçün mariflənməsinə dəstək verir;
  • Aykikay Aykido üzrə ali tədris mərkəzi olaraq, ölkədə aykikay aykido təhsil mərkəzlərinin (klub, məktəb, qrup) tədris metodikası və fəaliyyətinə nəzarət və rəhbərlik edir;
  • Aykikay Aykido fəlsəfəsi metodikası üzrə tədris komitəsinin ümum biliklərinin artırılması;
  • Aykikay Aykido psixologiyası tədrisi üçün kursların təşkili;
  • Aykikay Aykido mütəxəssislərini tədris kurslarına dəvət etmək;
  • Aykikay Aykido üzrə tədris komitəsinə şəhadətnamə və diplom verilməsi.

Nəzərdə tutulmuş vəzifələri həyata keçirmək üçün Akademiya:

  • Aykikay Aykido (Yapon) mədəniyyətini, adət-ənənələrinin qorunmasını üçün AYKİKAY (Beynəlxalq Aykido Federasiyası və Beynəlxalq Aykikay Aykido Akademiyası) tədris proqramlarından istifadə etmək.
  • Yaponiya Aykikay Aykido üzrə tədris mütəxəssislərinin kurslarını təşkil etmək.

Təlim kursu

Akademik təhsil yüksək dərəcəli aikidocular üçün nəzərdə tutulmuşdur, bura yudanşa heyəti, 2 və 1 kyu dərəcə sahibləri daxildir.  Təhsilin məqsədi aykidonun təməl texnikasini (kihon vaza) düzgün və daha səlis icra etmək və texniki direktorun göstərişləri əsasında məşqçi heyətinin təkmilləşməsinə xidmət etməkdir. Kurs boyunca dərslər eyni müəllimlər (Akademiya müəllimləri) tərəfindən öyrədilirlər. 

Təqdim olunan Sənədlər

Tədris heyəti üzvlərinə dərs vermək icazəsi almaq üçün, Baş təlimatçı, Təlimatçı, Təlimatçı köməkçisi, Məşqçi və baş şagird sertifikatı təqdim edir.

Təlimatçı vəsiqəsi

Tədris heyəti üzvlərinə dərs vermək icazəsi verdikdə, Baş təlimatçı, Təlimatçı, Təlimatçı köməkçisi, Məşqçi və baş şagird vəsiqəsi təqdim edir.

Təlimatçı diplomu

Tədris heyəti üzvlərinə dərs vermək icazəsi verdikdə, Baş təlimatçı, Təlimatçı, Təlimatçı köməkçisi, Məşqçi və baş şagird diplomu təqdim edir.

Kyu imtahan komissiyasına sertifikat

Kyu imtahan heyəti üzvlərinə imtahan qəbul etmək icazəsi verdikdə, bunun üçün sertifikat təqdim edir.

Akademiyada dərs vermək sertifikatı

Akademiyada dərs vermək icazəsi verildikdə, müəllim heyətinə sertifikat təqdim edir.

Yadanşa dərəcəsinə imtahan icazəsi

Yudanşa dərəcəsinə imtahan vermək üçün icazə verilməsi haqda aidiyyatı məktubu təqdim edir.

Aykİkay Hombu Aykido Akademiyası - Tokio, Yaponiya

Aykido Akademiyası, Tokio Şəhər Hakimiyyəti tərəfindən rəsmi olaraq tanınan yeganə aikido məktəbidir, Hombu Doco’da müntəzəm və başlayan ayikido dərslərindən  ayrı bir kursdur. Bu kurs təxminən 5 aylıq kiçik bir qrup üçün 90 dəqiqə üçün həftədə iki dəfə baş verən dərs kimi öyrədir. Bu tam təlim kursu deyil və o, aykido təlimindən başqa heç bir xüsusi dərs vermir. Bu kurs xüsusi promosyonlar və düşüncələr üçün nəzərdə tutulmur. Üç səviyyəli təhsil var; Yeni başlayanlar, Orta və irəlidə olanlar. Hər biri öyrənməyə əsaslardan başlayır və kurs boyunca eyni təlimçilər tərəfindən öyrədilir.

AYKİKAY HOMBU
Aykido Akademiysı