Budo Pasport

Kyu Budo Pasportu

Budo pasportu nədir?
Budo pasportu döyüş sənətini öyrənən şəxsin əsas sənədlərindən biridir. Budo pasport  insanın seçmiş olduğu döyüş növündəki bütün nailiyyətləri özündə saxlayır. Burada keçmiş imtahanlar haqqında məlumatları görə bilərsiniz. İmtahan kimə, hansı şəhərdə və hansı dərəcəyə keçirilib. Burada təlim seminarlarında, kurslarda və tədbirlərdə iştirak etdiyiniz haqda qeydlər yaılacaq.

Aikido ilə məşğul olan hər bir şəxs qara kəmər almadan əvvəl əsas sənəd olan şagirdlik Budo pasportunu almalıdır. Onun müvəffəqiyyətlərinin ilk sertifikatlaşdırmadan 1 kyu’ya qədər imtahandan keçməsi, seminarlarda iştirakı qeyd ediləcək: 

Qara kəmər üçün imtahandan keçdikdən sonra, hər aykidoçu üçün 1-ci Dan verilməsi haqda diplomu ilə yanaşı Yaponiyadan göndərilən beynəlxalq Budo pasportu təqdim edilir. Ustalıq dərəcələri təqdim edilməsi, həmçinin təlim seminarlarında iştirak etdiyiniz haqda qeydlərin hamısı burada tam yazılır.

Dan Budo Pasportu

Tələbə dərəcəsinə malik olan və həmçinin imtahanda iştirak edə bilmək üçün bütün məşğul olanlara Budo Pasport təqdim edilməsi üçün müraciət edilməlidir:

– foto şəkil gətirin (3 x 4 sm);
– elektron jurnalda şəxsi məlumatların yazılmasının düzgünlüyünü yoxlayın (Soyad, ad, doğum tarixi), çünki bu məlumatlara əsasən, Budo pasportunuz doldurulacaq;
– budo pasportu üçün ödəniş etmək.

Diplom

Kyu Diplomu

Aykido üzrə şagirdlik dərəcə “Kyu” diplomu.

Döyüş sənəti ilə məşğul olanların kəmərin rəngini dəyişməsi və inkişafını təşviq etməyi həm də müxtəlif dərəcələrin qəbul olunmasını təsdiqləyən rəsmi sənədlərin təqdim edilməsində istifadə olunur. Ənənəvi Yapon döyüş sənətində belə bir təşviq nümunəsi diplomdur.

“Kyu” dərəcəsinin əldə olunduğunu təsdiqləyən Aykido diplomu, Aikikai Aykido Klubları ictimai birliyi tərəfindən , təşkilatın mövcud sədrinin şəxsi möhürü ilə xüsusi bir qalın kağız üzərində yazılır.

Dan Diplomu

Aykido üzrə ustalıq dərəcə “Dan” diplomu.

Döyüş sənəti ilə məşğul olanların kəmərin rəngini dəyişməsi və inkişafını təşviq etməyi həm də müxtəlif dərəcələrin qəbul olunmasını təsdiqləyən rəsmi sənədlərin təqdim edilməsində istifadə olunur. Ənənəvi Yapon döyüş sənətində belə bir təşviq nümunəsi diplomdur. Diplomlar adətən ənənəvi yapon üslubunda (sağdan sola və yuxarıdan aşağıya) yazılır və hiyeroglif və ifadələrin köhnə formalarını istifadə edir – bu bir daha ənənələrin əhəmiyyətini və məktəbin rifahına və hörmətinə sadiqliyini vurğulay

“Dan” dərəcəsinin əldə olunduğunu təsdiqləyən Aykido diplomu, Aikikai Fondu tərəfindən , təşkilatın mövcud Doşu su (sədri) – Moruteru Ueşibanın şəxsi möhürü ilə xüsusi bir qalın kağız üzərində yazılmışdır və hətta su nişanına malikdir.

Diplomun mətni aşağıda verilmişdir (sağdan sola)*:
*Horizontaldakı tire səssizlər üzərində səsin uzadılması deməkdir.

Yudanşa diplomu haqda izah

Tərcümə

  1. [Koeki zandan hojin aikikai] – Aykikay Fondu.
  2. [Dai ichi ni san yon go roku gō] – Ardıcıl diplom nömrəsi 123456.
  3. [Sho] – Diplom, sertifikat.
  4. [Ichiro Suzuki] – Adı və Soyadı.
  5. [Migimono konpan aikido shodan wo inkasu] – Yuxarıda adı qeyd edilən şəxsə (bu andan) 1 Dan aykido təqdim edilir.
  6. [Heisei nijū nen shigatsu itsuka] – 5 aprel, Heisei dövrünün 20 il (2008).
  7. [Aikido] – Aykido (Aykikay möhürü ilə)
  8. [Doshu Ueshiba Moriteru] – Doşu Uesiba Moriteru (Doşunun şəxsi möhürü ilə)