Səfir Cənab Vada Juniçi ilə rəsmi görüş

Bakı şəhəri, 15:00-16:00. Yaponiya səfiri Azərbaycan Aykikay Aikido Klubları İctimai Birliyinin sədri ilə görüşüb.

1 iyul 2021-ci il tarixində Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Vada Juniçi Azərbaycan Aykikay Aikido Klubları İctimai Birliyinin sədri İlham Quliyev ilə görüşüb.

Aykikay Aikido Klubları İctimai Birliyinin sədri İlham Quliyev Beynəlxalq Aykido Federasiyasının səfirə rəsmi məktubunu təqdim edib. Məsələ ilə bağlı səfirə məlumat verilib. Görüşdə Aikido döyüş sənətinin mövcud vəziyyəti və onun Azərbaycan Respublikasında təbliği ilə bağlı müzakirələr aparılıb.
Görüşdə Səfirliyin Konsulluq və Təhlükəsizlik şöbəsinin rəhbəri Hamade Masato, Aykikay Aikido Klubları İctimai Birliyinin Hüquq şöbəsinin direktoru Fərid Mikayılov, İctimai və Beynəlxalq Əlaqələr Şöbəsinin direktoru Çingiz Məmmədov da iştirak ediblər.

Mədəniyyət və Məlumat şöbəsinin rəhbəri Ono Taiçi ilə rəsmi görüş

Bakı şəhəri, 16:00-17:20. Yaponiya Səfirliyinin Mədəniyyət və Məlumat şöbəsinin rəhbəri Ono Taiçi Azərbaycan Aykikay Aikido Klubları İctimai Birliyinin sədri ilə görüşüb.

10 dekabr 2021-ci il tarixində Yaponiya Səfirliyinin Mədəniyyət və Məlumat şöbəsinin rəhbəri Ono Taiçi Azərbaycan Aykikay Aikido Klubları İctimai Birliyinin sədri İlham Quliyev ilə görüşüb.

Aykikay Aikido Klubları İctimai Birliyinin sədri İlham Quliyev görüşdə Aikido döyüş sənətinin mövcud vəziyyəti və onun Azərbaycan Respublikasında təbliği ilə bağlı müzakirələr aparılıb.

Görüşdə Səfirliyin Konsulluq və Təhlükəsizlik şöbəsinin rəhbəri Hamade Masato, Aykikay Aikido Klubları İctimai Birliyinin fəxri sədiri Qabil Məmmədov, İctimaiyyətlə və Beynəlxalq Əlaqələr Şöbəsinin direktoru Çingiz Məmmədov da iştirak ediblər.

Yaponiya Mədəniyyəti Festivalı 2022

Yaponiya-30 il-Azərbaycan

Yaponiyanın Azərbaycandakı səfiri cənab Çuniçi Vada ilə İctimaiyyətlə və Beynəlxalq Əlaqələr Departamentinin direktoru cənab Çingiz Məmmədov və Beynəlxalq Əlaqələr Şöbəsinin rəhbəri cənab Emil Qurbanovla xatirə şəkili.

Xanım Saki Uçidate ilə görşlər

Mədəniyyət və İctimai Əlaqələr üzrə Rəhbər

Nümunəvi cıxışdan sonra aykidoçularımız şam yeməyində

2016

Cənab Ko Obata ilə görşlər

Yaponiyanın Azərbaycan Səfirliyinin Birinci Katibi 2013-2017