Aikikai Fondu Dünya Qərargahı Kagamibiraki Mərasimi
Bu xoş gündə sizləri şad bir xəbərlə sevindirmək istərdim. 12 Yanvar 2020 ci il tarixində Aykikay Fondu Dünya Aykido Qərargahı tərəfindən Aykikay Aykido Klubları İctimai Birliyinin sədri Sensey İlham Quliyevə 5 Dan dərəcəsi təqdim edilmişdir.
Nəzərinizə çatdırmaq istərdim ki, bu Azərbaycan Aykikay aykioçularına təqdim olunan ilk 5 dan dərəcəsidir. Bu sevindirici xəbər münasibəti ilə ümum heyətimizi təbrik edirik!
Əziz Senseyimiz, sizi ümum heyətimiz adından təbrik edirəm.
Ən xoş arzularla və hörmətlə,
Çingiz Əliyev.
04.09.1963 - 56 yaş - 04.09.2019
Hörmətli Kuribayaşi Sensey, Sizi ad gününüz münasibəti ilə təbrik edirik! Bu gözəl gündə Sizə möhkəm cansağlığı, sərhədsiz xoşbəxtlik, daha sevincli günlər, sadiq və etibarlı tələbələr arzulayırıq. Biz, sizi cox sevirik. Siz bizlərə daima dəstək olmusunuz. Siz, Azərbaycanın aykidosu üçün bütün faydaların işlərin mənbəyisiniz. Bizlərə dəstəyiniz üçün çox təşəkkür edirik. Sizə xo. əhval-ruhiyyə və gözəl bir bayram arzu edirik!
08.08.1943 - 76 yaş - 08.08.2019
Hörmətli Cingiz Sensey, sizi doğum gününüz münasibət ilə təbrik edirik! Həyatınız xoşbəxt günlərin və gözəl anların davamlı axarlı olsun. Arzu edirik geriyə dönüb baxdığınızda, yalnız xoş xatirələr yadınıza düşsün və gələcəyə baxıb öz qüdrətinizə xoş ümidlərinizə güvənərək, bu günki zamanda həmişə sevgi dolu bir ürək və açıq bir ağıl ilə gözəl insan olaraq qalasınız.
Həmrəylik günü və yeni il təbriki
Aykikay Aykido Klubları İctimai Birliyinin heyəti adından sizləri bu xoş gündə salamlamağa ürəkdən şadam. Bu xoş gündə sizləri şad bir xəbərlədə sevindirmək istərdim. 1 Dekabr 2017 ci il tarixində Aykikay Birliyi (HOMBU) və Beynəlxalq Aykido Federasiyası tərəfindən Aykikay Aykido Klubları İctimai Birliyinə ölkə üzrə və beynəlxalq arenada nümayəndəlik hüququ verildi. Bu Azərbaycan üçün cox xoş bir hadisə kimi dəyəndirilir. İnanıram ki, bizim Birliyimiz aykido sevənləri bu gözəl sənəti öyrənmək və mehriban ailə olaraq birləşdirmək üçün etibarlı rabitə kanalı olacaq.
Sizləri qarşıdan gələn həmrəylik günü və yeni il münasibəti ilə təbrik edir, uzun ömür və can sağlığı arzulayıram
Ən xoş arzularla və hörmətlə,
Çingiz Əliyev.