04.09.1963 - 60 yaş Yubiley - 04.09.2023

Hörmətli Kuribayaşi Sensey, Sizi ad gününüz münasibəti ilə təbrik edirik! Bu gözəl gündə Sizə möhkəm cansağlığı, sərhədsiz xoşbəxtlik, daha sevincli günlər, sadiq və etibarlı tələbələr arzulayırıq. Biz, sizi cox sevirik. Siz bizlərə daima dəstək olmusunuz. Siz, Azərbaycanın aykidosu üçün bütün faydaların işlərin mənbəyisiniz. Bizlərə dəstəyiniz üçün çox təşəkkür edirik. Sizə xoş əhval-ruhiyyə və gözəl bir bayram arzu edirik!

Ən xoş arzularla və hörmətlə,
İlham Quliyev.

08.08.1943 - 80 yaş Yubiley - 08.08.2023

Hörmətli Cingiz Sensey, sizi doğum gününüz münasibət ilə təbrik edirik! Həyatınız xoşbəxt günlərin və gözəl anların davamlı axarlı olsun. Arzu edirik geriyə dönüb baxdığınızda, yalnız xoş xatirələr yadınıza düşsün və gələcəyə baxıb öz qüdrətinizə xoş ümidlərinizə güvənərək,  bu günki zamanda həmişə sevgi dolu bir ürək və açıq bir ağıl ilə gözəl insan olaraq qalasınız.

Ən xoş arzularla və hörmətlə,
Sədr müavini Ruslan Musayev.

Beynəlxalq Aykido Federasiyasının tanıması

Aykikay Aykido Klubları İctimai Birliyinin heyəti adından sizləri bu xoş gündə salamlamağa ürəkdən şadam. Bu xoş gündə sizləri şad bir xəbərlədə sevindirmək istərdim. 13 Oktyabr 2021 ci il tarixində Beynəlxalq Aykido Federasiyası tərəfindən Aykikay Aykido Klubları İctimai Birliyi üzvlüyə qəbul edildi, ölkə ərazisində və beynəlxalq arenada nümayəndəlik hüququ verildi. Bu Azərbaycan üçün cox xoş bir hadisə kimi dəyəndirilir. İnanıram ki, bizim Birliyimiz aykido sevənləri bu gözəl sənəti öyrənmək və mehriban ailə olaraq birləşdirmək üçün etibarlı rabitə kanalı olacaq.

Ən xoş arzularla və hörmətlə,
Çingiz Əliyev.

Aikikai Fondu Dünya Qərargahı Kagami Biraki Mərasimi

Bu xoş gündə sizləri şad bir xəbərlə sevindirmək istərdim. 12 Yanvar 2021 ci il tarixində Aykikay Fondu Dünya Aykido Qərargahı tərəfindən Aykikay Aykido Klubları İctimai Birliyinin üzvlərinə Kagamibiraki Mərasimində Dan dərəcələri təqdim edilmişdir. Dərəcə almış aykidoşularımız. Elnur Nemətov – Yondan (4 Dan), Arzu Mikayılov – Yondan (4 Dan), Orxan Məmmədov – Yondan (4 Dan), Emil Qurbanov – Sandan (3 Dan), İlqar Maşayev Sandan (3 Dan), İkram Rzayev Nidan (2 Dan), Mixail Volkov Nidan (2 Dan), Tofiq Sadıqov Nidan (2 Dan). Nəzərinizə çatdırmaq istərdim ki, Kagamibiraki Mərasimində Azərbaycan Aykikay aykioçularına dan dərəcələri ikinci dəfədir təqdim olunur. Bu sevindirici xəbər münasibəti ilə dərəcələrinim artırmış heyətimizi təbrik edirik!

Ən xoş arzularla və hörmətlə,
Sədr müavini Ruslan Musayev.

Beynəlxalq Aykido Federasiyası 13 cü Aykido Sammiti

Beynəlxalq Aykido Federasiyası tərəfindən, Aykikay Aykido Klubları İctimai Birliyinə 13 cü BAF Aykido Sammitinə dəvət mətubu göndərilmişdir. Bu Azərbaycan üçün cox xoş bir hadisə kimi dəyəndirilir. Beynəlxalq Aykido Federasiyası, hər dörd ildən bir Beynəlxalq Aykido Konqresləri təşkil edir, müxtəlif ölkələrin aykido şagirdləri arasında birbaşa təlim keçirilməsini asanlaşdırır, dünyanın ən yüksək səviyyəli aykido təlimatçılarının təlimatlarını paylaşır və eyni zamanda Hombu ilə rəsmi ünsiyyət üçün bir kanal təmin edir. Beynəlxalq Aykido Federasiyası, nominal olaraq demokratik bir təşkilatdır, ancaq aykidonun “texniki və əxlaqi” bütövlüyünü qorumaq üçün Doşu və böyük təlimatçılar şurasına xüsusi rollar verilir. Beynəlxalq Aykido Federasiyası hal hazırda hər bir ölkəyə yalnız bir üzv təşkilatı qəbul edir və hər bir üzvə bərabər səs verir (BMT modelində hazırlanmışdır; hər Aikikai tələbəsinə bərabər təmsilçilik vermir).

Ən xoş arzularla və hörmətlə,
Çingiz Əliyev.

Aikikai Fondu Dünya Qərargahı Kagami Biraki Mərasimi

Hombu Təqdimatı

Bu xoş gündə sizləri şad bir xəbərlə sevindirmək istərdim. 12 Yanvar 2020 ci il tarixində Aykikay Fondu Dünya Aykido Qərargahı tərəfindən Aykikay Aykido Klubları İctimai Birliyinin sədri Sensey İlham Quliyevə 5 Dan dərəcəsi təqdim edilmişdir. 

Nəzərinizə çatdırmaq istərdim ki, bu Azərbaycan Aykikay aykioçularına təqdim olunan ilk 5 dan dərəcəsidir. Bu sevindirici xəbər münasibəti ilə ümum heyətimizi təbrik edirik!

Əziz Senseyimiz, sizi ümum heyətimiz adından təbrik edirəm.

Ən xoş arzularla və hörmətlə,
Çingiz Əliyev.

31 Dekabr 2017

Həmrəylik günü və yeni il təbriki

Aykikay Aykido Klubları İctimai Birliyinin heyəti adından sizləri bu xoş gündə salamlamağa ürəkdən şadam. Bu xoş gündə sizləri şad bir xəbərlədə sevindirmək istərdim. 1 Dekabr 2017 ci il tarixində Aykikay Fondu (Hombu Doco) tərəfindən Aykikay Aykido Klubları İctimai Birliyi üzvlüyə qəbul edildi, ölkə ərazisində və beynəlxalq arenada nümayəndəlik hüququ verildi. Bu Azərbaycan üçün cox xoş bir hadisə kimi dəyəndirilir. İnanıram ki, bizim Birliyimiz aykido sevənləri bu gözəl sənəti öyrənmək və mehriban ailə olaraq birləşdirmək üçün etibarlı rabitə kanalı olacaq.

Sizləri qarşıdan gələn həmrəylik günü və yeni il münasibəti ilə təbrik edir, uzun ömür və can sağlığı arzulayıram

Ən xoş arzularla və hörmətlə,
Çingiz Əliyev.

Hombu Tanıması