16 dekabr 1978-ci il, Azərbaycan Respublikası Saatlı rayonunun Əliabad kəndində anadan olub. 1983-cü ildə orta ümumtəhsil məktəbinin birinci sinfinə gedib. Orta məktəb illərində sərbəst guləş idman növü ilə məşğul olub. Orta məktəbi 1994-cü ildə bitirib və həmin ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub. Akademiyada təhsil aldığı illərdə İdman gimnastikası üzrə ustalığa namizəd dərəcəsinə layiq gorulüb, Məşqçi-Müəllim ixtisasına yiyələnib. Akademiyanı bitirdikdən sonra 1998-1999 cu illərdə hərbi xidmətə qulluq edib.Hərbi xidməti bitirdikdən sonra ozəl reklam şirkətində işə başlayıb. 2000-ci ildən Bakı Şəhər İcra Hakimiyyətində işə qəbul olub. Hal-hazırda eyni təşkilatda şöbə mudiri vəzifəsində çalışır. 2002-ci ildən müntəzəm olaraq Aikido ilə məşğuldur. 2015-ci ilə qədər Azərbaycan Aykido Federasiyasının və Avrasiya Aykido və Budo Federasiyasının üzvu olub. Hazırda Aikido üzrə 3 Dan qara kəmər sahibidir. 2015-ci ildən etibarən Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyinin üzvüdür. Hal-hazırda birlikdə Aykido üzrə fukuşidoin olaraq fəaliyyət gostərir.
Fukuşidoin Emin Nuriyev
1 oktyabr 2017-ci ildə Azərbaycan “Aykido Aikikai Klubları” İctimai Birliyinin nəzdində olan “Şinjutsu Aikido İdman Klubu” İctimai Birliyinin fukuşidoin kimi fəaliyyətə başlayıb.
2017 ilin noyabr ayından 2019 – cu ilin noyabr ayına kimi Azərbaycan “Aykikay Aykido Klubları” İctimai Birliyinin baş təlimatçısı vəzifəsində işləmişdir.