Doco davranış qaydaları

1. Docoya girərkən və çıxdıqda ayaq üzərində salam verin.
2. Tatami üzərinə çıxarkən və tərk etdikdə mərkəzə salam verin.
3. Məşğələ üçün lazım olan silahlara hörmətlə yanaşın. Doqiləriniz hər zaman təmiz və bütöv olmalıdır. Silah hər zaman yaxşı səviyyədə olmalıdır, əgər ondan istifadə edilmirsə onda aid olduğu yerdə olmalıdır.
4. Heç vaxt başqasına aid olan doqi və silahdan istifadə etməyin.
5. Məşğələnin başlanmasından bir neçə dəqiqə əvvəl siz əzalarınızı isinmə hərəkətləri ilə yaxşıca qızışdırıb tələb olunan qaydada sakit oturub meditasiya edərək gözləməlisiniz. Bu sizin gündəlik bir neçə problemlərdən azad olaraq, məşğələyə hazır olmanız üçündür.
6. Dərslər təyin olunmuş mərəsimlə açılır və bağlanır. Bu baxımdan vacibdir vaxtı-vaxtında gəlib bu mərasimdə iştirak edəsiniz. Əgər gecikmiş olsanız onda tataminin yanında diz üzərində qaydaya uyğun o vaxta qədər oturub gözləmək lazımdır ki, nə vaxt Sensey sizə dərsdə iştrak etmək üçün icazə verəcək. Tatami üzərinə çıxarkən diz üzərində salam vermək lazımdır. Siz öz hərəkətlərinizlə çalışmalısınız ki, dərsin gedişinə mane olmayasınız.
7. Siz tatami üzəridə qaydaya görə təyin olunmuş seyza vəziyyətində oturmalısınız. Əgər sizin diziniz zədəlidirsə və otura bilmirsinizsə o zaman aqura vəziyyətində oturun. Heç vaxt ayaqlarınızı önə uzadıb oturmayın, divara və ya dirəyə söykənməyin. Siz hər zaman özünüzü müdafiyə etmək hazırlığını saxlamalısınız.
8. Əgər siz zədələnməmisiniz və ya xəstə deyilsinizsə tatamini məşğələ zamanı tərk etməyin.
9. Sensey texnika göstərdiyi zaman hansı ki, siz onu örənəcəksiniz sakitcə və diqqətlə seyza vəziyyətində oturub onu izləyin. Texnikanın göstərilməsi başa çatdıqda Senseyə təşəkkür salamı verib, məşq edəcəyiniz yoldaşınıza salam verdikdən sonra texnikanın öyrənilməsinə başlayın.
10. Texnikanın işlənməsi başa çatdıqda verilən siqnalı eşitdikdə siz yubanmadan hərəkəti dayandırmalısınız. Məşq yoldaşınıza salam verib cəld ümumi heyətin oturduğu sıraya keçməlisiniz.
11. Tatami üzərində heç boş dayanmayın. Siz tatami üzərində yalnız məşq etməlisiniz, əgər qrupla işləyirsinizsə bu zaman lazım gələrsə seyza vəziyyətində oturub öz növbənizi gözləyə bilərsiniz.
12. Əgər hər hansı səbəbə görə mütləq vacibdir ki, Senseyə sual verəsiniz, heç vaxt onu yanınıza gəlmək üçün çağırmayın. Ona yaxınlaşıb hörmətlə salam verin və onun qərarını gözləyin. Yaxşı olardı ki, bunun üçün oturaraq gözləyəsiniz.
13. Dərs zamanı şəxsən sizə tapşırıq verilərsə bu zaman seyza vəziyyətində oturub Senseyi diqqətlə dinləyin. O sözünü bitirdikdə onu salamlayın. Əgər bir başqa şagirdə hər hansısa talimat verirsə bu zaman məşqinizi saxlayıb oturun və onu izləyin. Qaydaya görə oturun və o izahını bitirdikdə salam verin.
14. Sizdən daha çox təcrübəsi olan şəxsə hörmət edin. Texnika haqqında heç vaxt mübahisə etməyin.
15. Sizin burda (tatamidə) olmanız praktika üçündür. Öz təsəvvürlərinizi başqalarına zorla qəbul etdirməyin.
16. Əgər dərs zamanı göstərilən hərəkətləri bilirsinizsə və hərəkəti bilməyən hər hansı bir şagirdlə işləyirsinizsə, siz onun bu yoldan keçməsinə yardım edin. Əgər siz yudanşa dərəcəsində (qara kəmər) deyilsinizsə onu düzəltməyə və ya məsləhət verməyə çalışmayın.
17. Tatami üzərində danışmağı minimuma endirin. Aykido təcrübə yoludur.
18. Dərsin əvvəlində və sonunda tatamidə və kənarında boş-boş gəzməyin. Bu məkan məşq etmək istəyən şagirdlər üçün ayrılmışdır.
19. Hər gün dərsin əvvəlində və sonunda tatamini süpürüb təmizləmək vacibdir. Doconun təmiz saxlamaq hamımızın borcudur.
20. Dərs keçirilən zaman və digər tatami üzərində və kənarında yemək yemək, su içmək, siqaret çəkmək və ya saqqız çeynəmək olmaz.
21. Dərs zamanı sizin üzərinizdə heç bir zinət əşyaları olmamalıdır.
22. Dərsə içkili vəziyyətdə gəlmək qadağandır. Əyninizdə doqi olduğu zaman heç vaxt içki içməyin.

Siz istənilən vaxt gəlib dərslərin necə aparılmasına baxa bilərsiniz, ancaq bu halda bir neçə qaydalara əməl etməlisiniz.

1. Qəbul edilmiş adi qaydada seyza oturmaq lazımdır. Yarım uzanmış və ya ayağınızı hər hansı yerə qoyaraq oturmamalısınız.
2. Dərs aparılan zaman yemək və siqaret çəkmək qadağandır.
3. Tatamidə məşq edən hər hansı bir şəxslə söhbət etmək qadağandır.
4. Təlimatçı hərəkətləri nümayiş edərkən və ya izah verərkən danışmaq və ətrafda boş-boş gəzmək olmaz.
5. Dərsin başladığı və bitdiyi an siz tatamidə seyza vəziyyətində oturub ümumi mərasimdə iştrak etməlisiniz. Dərsə başlamaq və ya tatamini tərk etmək üçün Sensey izin (icazə) verənə kimi oturub gözlərin.

Əgər siz hər hansı konkret vəziyyətdə nə edəcəyinizi bilmirsinizsə bu zaman baş şagirddən məlumat alın və ya onun etdiyi hərəkətləri təkrar edin.

İlk baxımdan sizdə elə təsəvvür yaranacaq ki, həddən artıq etiket qaydalarını öyrənib yadda saxlamq lazımdır. Buna baxmayaraq dərs zamanı öz-özlüyündə bu qaydaları asanlıqla öyrənib yadda saxlayacaqsınız. Əgər sizə etmiş olduğunuz hərəkətin yalnış olduğunu izah edərlərsə bu zaman inciməyin. Hər bir etiket qaydalarına əməl etmək sizin şəxsi təhlükəsizliyinizə və təcrübə toplamağınıza görə vacibdir.

Doco qaydaları

1. Bu docoda ənənəvi davranış qaydalarına ciddi əməl olunmalıdır. Bu qaydalar O Sensey Morihey Ueişba tərəfindən qoyulmuş və bu yer onun elmini öyrənən ardıcıllarının məkanıdır. Bu yolu doğru və səmimiyyətlə izləmək hər bir şagirdin borcudur.
2. Bu yolda xoş əhval ruhiyyəli mühitin, ahəngdarlığın (harmoniya) və hörmətin təşkilində yaxından iştrak etmək hər bir şagirdin borcudur.
3. Əqlini, ürəyini saf saxlamaq və doconun daima təmiz olmasında iştrak etmək hər bir şagirdin borcudur.
4. Senseyin icazəsi olmadan docoda digər işlərlə məşğul olmaq qadağandır. Hər bir şagird yalnız gündəlik planlanmış davamlı məşğələlərdə iştrak etməlidir.
5. Yalnız Sensey qərar verir, sizə aykido elmini öyrədəcək ya yox . Siz fəndləri pul ilə ala bilməzsiniz. Sizin ödədiyiniz aylıq məşq və üzvlük haqları sizə daimi məşğələlərdə iştrak etmək imkanı yaradır və siz bununla almış olduğunuz elmə görə cüzi təşəkkür etmiş olursunuz .

Məşğələ qaydaları

1. Morihey Ueşbaya, onun elminə həmçinin bu elmi sizlərə öyrədən Senseyə hörmət etməlisiniz.
2. Hər bir şagirdin borcudur, aykido texnikalarını insanların zərərinə və özünün eqaizmi xatirinə istifadə etməsin .Bu texnikalar dağıtmaq, məhv etmək üçün deyildir, siz qurub yaratmalısınız. Aikido yüksək səviyyəli cəmiyyətin yaradılması və fərdi insanların təkmilləşdirilməsinə yönəldilməlidir.
3. Tatami üzərində heç bir eqaizmə yol verilməməlidir. Aykido küçə davası deyil. Bizim döşək üzərində olmamızın məqsədi öz aqresiv hərəkətlərimizdən azad olub təmizlənmək, samuray ruhunu həyatımızda yaşatmaq və bununla özümüzün sossial məsulliyyətimizi dərk etməkdir.
4. Tatami üzərində rəqabət olmamalıdır. Aykidonun məqsədi rəqiblə mübarizə aparmaq və onu məğlub etmək deyil. Əsas məqsəd öz aqresiv hisslərimizlə mübarizə aparmaq və bu hisslər üzərində qalib gəlməkdir. Aykidonun gücü əzələ qüvvəsində deyil, bu güc elastiklikdir (yumşaqlıq), əlaqə, uyğunlaşma, nəzarət və təvazökarlıqdadır .
5. Özündən razılığa yer yoxdur. Biz öz imkanlarımızın hüdudlarını anlamalıyıq.
6. İnsanların fiziki imkanları və aykido ilə məşğul olmaq səbəbləri bir-birindən fərqlidir. Bu hala hörmətlə yanaşmaq lazımdır. Həqiqi aykido hər an dəyişən mühitə görə işlənməsi mümkün olan doğru və yumşaq texnikaların istifadə edilməsindədir. Siz heç kimə zədə yetirməmək üzrə məsuliyyət daşıyırsınız. Siz məşğələ zamanı özünüzü və məşq yoldaşınızı qorumalısınız.
7. Senseyin verdiyi təlimatları dinləyib aldığınız bütün tapşırıqları səmimiyyətlə, ğücünüzün imkanlarına görə yerinə yetirin. Burada mübahisəyə yer yoxdur.
8. Bütün şagirdlər aykidonu eyni prinsiplər əsasında öyrənirlər.

Burada qruplar arasında münaqişə bu və ya digər tərəfə üstünlük vermək olmaz. Doconun bütün üzvləri bir ailə kimi olmalıdır, aykidonun sirri ahəngdarlıqdadır (harmoniyada).

Əgər siz bu qaydaları yerinə yetirmək imkanında deyilsinizsə, onda bu docoda siz aykido öyrənə bilməyəcəksiniz.