Aykikay Aykido Azərbaycan Tarixi
Azərbaycan “Aykikay Aykido Klubları” İctimai Birliyi, fəaliyyətinə 10 sentyabr 2001-ci il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin nəzdində aykido bölməsi kimi başlamışdır. 21 mart 2006-cı il tarixində Azərbaycan Respublikası Professional Döyüş Növləri Assosiasiyasının iştirakı ilə fiziki şəxslər İlham Quliyev və Arzu Mikayılov tərəfindən “ZIRVƏ” Peşəkar İdman Klubu İctimai Birliyi adı ilə təsis olunmuşdur. 19 aprel 2006-cı il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır.
29 avqust 2011-ci ildə birliyin adı dəyişdirilərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində “Aikikai Aikido Klubları” İctimai Birliyi olaraq qeydiyyata alınmışdır. İctimai Birliyk fəaliyyətini Azərbaycan Respublikası qeyri-hökümət təşkilatları haqqında (ictimai birliklər və fondlar) qanunu ilə tənzimləyir.
Azərbaycan Aykikay Aykido Klubları ictimai birliyinin hüquqi sənədləri
Ədliyyə Nazirliyi şəhadətnaməsi

Beynəlxalq Aykido Federasiyası şəhadətnaməsi

Aykikay Fondunun rəsmi tanınması
Tərcümə
Aykikay Birliyi, Aykido Dünya Baş Qərargahı
Bununla təsdiqləyirk
Azərbaycan Respublikası Aykikay Aykido Klubları İctimai Birliyi Aykido təşkilatıdır. Dünya Aykido Qərargahı, qaydalarına və nizamnaməyə təlimatına uyğun olaraq, Aykido döyüş sənətinin təlimi üçün təsisçisi Morihey Ueşiba. tərəfindən qoyulmuş prinsiplərə əsasən Hombu tərəfindən yaradılmış və tanınmışdır.
01 Dekabr 2017 ci il.
İmza: Aykido Doşu Moriteru Ueşiba
Aykikay Birliyinin Sədri
Beynəlxalq Aykido Federasiyasının rəsmi tanınması
Tərcümə
Aykikay Birliyi, Beynəlxalq Aykido Federasiası.
Bununla təsdiqləyirk
Azərbaycan Respublikası Aykikay Aykido Klubları İctimai Birliyi Aykido təşkilatıdır. Beynəlxalq Aykido Federasiyası qaydalarına və nizamnamə təlimatına uyğun olaraq, Aykido döyüş sənətinin təlimi üçün təsisçisi Morihey Ueşiba tərəfindən qoyulmuş prinsiplərə əsasən Beynəlxalq Aykido Federasiyası tərəfindən yaradılmış və tanınmışdır.
01 Dekabr 2017 ci il.
İmza: Aykido Doşu Moriteru Ueşiba
Beynəlxalq Aykido Federasiyasının Prezidenti
Arzu Mikayılov, “Aykikay Aykido Klubları” İctimai Birliyinin təsisçisi və sədr müavini, “Aykikay Aykido üzrə İdman Ustası”, 3-cü dan qara kəmər sahibi.
İlham Quliyev, “Aykikay Aykido Klubları” İctimai Birliyinin təsisçisi və sədri, “Aykikay Aykido üzrə İdman Ustası”, 4-cü dan qara kəmər sahibi.
Yaşar Bəşirov, “Aikikai Aikido Klubları” İctimai Birliyinin təsisçisi, Professional Döyüş Növlər Assosiasiyası və Milli Karate Federasiyasının prezidenti, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, “Əməkdar İdman Ustası”, Milli Olimpiya Komitəsinin üzvü, 8-ci dan qara kəmər sahibi.
Birliyin nəzdindəki təşkilatların təsisçiləri
Azərbaycan Aykikay Aykido Fondu Tarixi
Azərbaycan Aikikai Aykido Fondu 10 aprel 2019 cu il tarixində Azərbaycan “Aykikay Aykido Klubları” İctimai Birliyi təsizçiləri İlham Quliyev və Arzu Mikayılov tərəfindən təsis edilib. xx.xx.2019 – cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. İctimai Birlik faliyyətini Azərbaycan Respublikası qeyri-hökümət təşkilatları haqqında (ictimai birliklər və fondlar) qanunu ilə tənzimləyir.
Birliyimizin nəzdindəki ümum təşkilatların əsas məqsədi Aykikay Aykido döyüş növünün ənənəsinin qorunub saxlanılmasıdır. Bu yolda məqsədimizə nail olmaq üçün, Aykikay Aykido döyüş növünə dəstək olan Yapon milli döyüş sənətləri ilə məşğul olmağa üstünlük verilir. Məqsədimiz Yapon milli mədəniyyətinin əsasını təşkil edən döyüş növlərinin inkişafına yönəldilib.