Təsisçilər

Arzu Mikayılov, “Aykikay Aykido Klubları” İctimai Birliyinin təsisçisi və 1-ci sədr müavini, “Aykido üzrə İdman Ustası”, 4-cü dan qara kəmər sahibi.

İlham Quliyev, “Aykikay Aykido Klubları” İctimai Birliyinin təsisçisi, sədri və texniki direktoru, “Aykido üzrə İdman Ustası”, 5-ci dan qara kəmər sahibi.

Yaşar Bəşirov, “Aykikay Aykido Klubları” İctimai Birliyinin təsisçisi, Professional Döyüş Növlər Assosiasiyası və Milli Karate Federasiyasının prezidenti, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, “Əməkdar İdman Ustası”, Milli Olimpiya Komitəsinin üzvü, 8-ci dan qara kəmər sahibi.

Arzu Mikayılov

İlham Quliyev

Yaşar Bəşirov

Aykikay Aykido Azərbaycan Tarixi

Azərbaycan “Aykikay Aykido Klubları” İctimai Birliyi, fəaliyyətinə 10 sentyabr 2001-ci il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin nəzdində aykido bölməsi kimi başlamışdır. 21 mart 2006-cı il tarixində Azərbaycan Respublikası Professional Döyüş Növləri Assosiasiyasının iştirakı ilə fiziki şəxslər İlham Quliyev və Arzu Mikayılov tərəfindən “ZIRVƏ” Peşəkar İdman Klubu İctimai Birliyi adı ilə təsis olunmuşdur. 19 aprel 2006-cı il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. 

29 avqust 2011-ci ildə birliyin adı dəyişdirilərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində “Aykikay Aykido Klubları” İctimai Birliyi olaraq, qeydiyyata alınmışdır. İctimai Birlik fəaliyyətini Azərbaycan Respublikası qeyri-hökümət təşkilatları haqqında (ictimai birliklər və fondlar) qanunu ilə tənzimləyir.